Apple\'ın həm mobil, həm də stolüstü cihazlarına məxsus xüsusi mesajlaşma platforması iMessage, MacDailyNews\'ün son xəbərinə görə 13 İyunda baş tutacaq WWDC 2016 tədbirində Android üçün də yayımlanacaq.
Hələlik tam dəqiq olmayan bu xəbər Apple Music\'i Android\'ə gətirən şirkət üçün elə də uzaq bir ehtimal kimi görünmür və bu addım proqramın istifadəçilərinin sayını kəskin artıracaq. Təhlükəsizlik baxımından diqqət çəkən iMessage, hal hazırda WhatsApp və ya Messenger kimi rəqiblərinin təklif etdiyi xüsusiyyətlər baxımından olduqca geri qalır, amma Apple bu fərqi qısa zamanda bağlaya bilər.
Həmçinin WWDC 2016 tədbirində iOS 10 ilə OS X 10.12\'də gözlənilir. Kiçik bir ehtimal olsa belə, yeni Macbook Pro ailəsi də tanıdıla bilər.
Şərh yoxdur