main-post-cover

    Android N - Nutella adlanacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android N kimi tanınan versiyanın adının nə olacağına dair bir sıra fikirlər irəli sürülüb.

     
    Google, mobil əməliyyat sistemi Android-in adını qoymaq üçün həmişə şirniyyat adlarından istfadə edir. Məsələn Android J versiyası çıxanda Jellybean, L versiyası çıxanda Lolipop, K versiyası çıxanda isə KitKat və s. Hələki Google-un hazırlanmaqda olan Android sistemi "N" üçün qoyulacaq ad dəqiqləşməyib. Google bunun üçün istfadəçilərinin fikirlərini öyrənməyə çalışır. Lakin son sözü yenədə şirkət deyəcək. İngilis dilində də ağılda tez qalacaq bu hərfə uyğun şirniyyat adlarına o qədər çox rast gəlinmir. Google-un işçilərindən olan Hiroshi Lockheimer öz fikirlərini də irəli sürməyə davam edir. Hiroshi-nin misal olaraq göstərdiyi adlar arasında Nutella adı daha çox göz oxşayanıdır. Hiroshinin Twitter hesabında da Nutella sevgisini açıq aşkar görə bilərik. Belə görünür Android N əməliyyat sisteminin adı elə Nutella olacaq. Lakin marka sahibi Ferrero-nun buna reaksiyasının necə olacağı məlum deyil. Şübhəsiz şirkətlər öz aralarında bu mövzuda olan məsələləri sakitcə həll edə biləcəklər.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər