main-post-cover

    Android Nougat 7.0 Əməliyyat Sisteminin detallı xüsusiyyətləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə ay öncə Google özünün yeni əməliyyat sistemi Android 7.0 Nougat`ı təqdim etdi və yeni sistemin funksiyaları haqqında detalları qeyd etməyi qərara aldıq.

    Android Nougat xüsusiyyətləri bunlardır:
    • Multi Window/ Eyni ekranda iki proqramla işləmək
    • Yenilənən bildirim pəncərəsi
    • Yeni bildirimlərə anında bildirim pəncərəsindən cavab vermək imkanı
    • Yeni bildirim panelində artıq 2 bölmə mövcuddur. Bu da daha çox qısa yol əlavə edib işinizi asanlaşdırmağa kömək edir.
    • Yenilənən tənzimləmələr menyusuda artıq daha çox detallı seçim var və sürətli əməliyyatlarla zamanınıza qənaət edirsiniz.
    • Bildirimlərin tənzimləmələri yeniləndi. Artıq istəmədiyiniz bildirimləri tənzimləmələrdən idarə edərək görməyə bilərsiniz.
    • Bildirimdəki ikonkalara sıxaraq, onlarla bağlı tənzimləmələr menyusuna keçid almaq mümkündür.
    • Batareya qrafikası yenilənib.
    • Gecə rejimi
     
    Android Nougat’dakı ən böyük dəyişikliklər dizayn ilə bağlıdır. Android Nougat ilə gələn eyni anda bir neçə pəncərə funksiyası ilə istədiyiniz proqramlarla rahat işləyə bilərsiniz. Bu yeni xüsusiyyət Samsung TouchWiz’dəki multi pəncərə sisteminə çox bənzəyir. Bu funksiya həm telefon, həm də planşetlərdə mövcuddur. Multi pəncərə sisteminin necə işləməsinə dair hələki məlumat yoxdur.


    Android Nougat’la gələn yeniliklərdən biri də Picture in Picture rejimidir. Bunun sayəsində proqramları daha kiçik pəncərələrdə idarə edə bilərsiniz. Bu funksiya Sony telefonlarında kiçik alətlər panelində mövcud olan kiçik pəncərəli rejimə bənzəyir. TouchWiz interfeysində mövcud olan sürətli tənzimləmələr bölməsinin daha da təkmilləşdirilmiş versiyasını Android Nougat’da görəcəyik.
     
    Sürətli cavab adlı servis ilə gələn bildirimlərə daha tez cavab vermək mümkün olacaq. Belə olan halda əlavə olaraq həmin proqramı açmağa ehtiyac qalmayacaq. Bir çox proqramın bu funksiyanı dəstəkləyəcəyi də məlumatlar arasında qeyd olunub.

    Ekran bağlıykən arxa planda mobil internet trafikini idarə edən Doze sevənlər üçün şad xəbər var. Doze sayəsində müəyyən etdiyiniz proqramlar ekran bağlı olduğu halda internetlə əlaqə yarada bilməyəcək və bununla da enerji qənaətinə gətirəcək. Android Nougat , Doze’un təkmilləşdirilmiş versiyasının necə işləməsi barədə də hələki məlumat verilmir.
     

    Linki kopyala