main-post-cover

    Android Nougat 7.1.1 Çıxdı! Hansı smartfon modelləri bu yenilənməni alacaq? (SİYAHI)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google”un Nougat kod adlı ən son mobil əməliyyat sisteminin 7.1.1 versiya yenilənməsi General Mobile 4G cihazları üçün bu həftə təqdim ediləcək.

    Android One, Nexus və Pixel modelləri üçün bu həftə içində təqdim ediləcək bu yenilənmənin artıq bəzi istifadəçilər tərəfindən yüklənildiyi xəbəri də ortaya çıxdı.

    Android 7.1.1 Nougat versiya yenilənməsi hansı telefonlara gələcək?

    6 Dekabr tarixindən etibarən Android One və Nexus markalı telefon modellərinə gələcək olan bu yenilənmə, daha sonra Pixel modellərinə də gələcək. Technote.az-ın Shiftdelete-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyədə General Mobile 4G istifadəçilərinə artıq bu yenilənmə bugün içərisində gəlib. GM 4G istifadəçisi tərəfindən paylaşılan ekran şəklində bu yenilənmənin, təhlükəsizlik və performans baxımından inkişaf etdirilmiş versiya Android 7.1.1 Nougat-a aid olduğu görülür.
    Android 7.1.1 yenilənməsinin ölçüsünün isə 240 MB olacağı bilinir. Android 7.1.1 yenilənməsini ilk olaraq alacaq olan modellərin siyahısı isə belədir:
    Nexus 6
    Nexus 5X
    Nexus 6P
    Nexus Player
    Nexus 9 Pixel C
    General Mobile 4G (Android One)
    Google Pixel
    Google Pixel X
    Linki kopyala