main-post-cover

    Android platforması üçün ən yaxşı VPN tətbiqləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    VPN-siz ölkəmizdə yaşamaq biraz qəlizdir. VPN IP ünvanı dəyişərək bu və ya digər səbəbdən ölkəmizdə aktiv olmayan sayt və tətbiqləri işlətməkdə köməklik edir.

    Bundan əlavə olaraq VPN vasitəsilə YouTube tərəfindən müəyyən ölkələr üçün deaktiv edilmiş videoları izləmək mümkündür. Android platforması üçün ən yaxşı VPN tətbiqlərinin siyahısını sizlərə təqdim edirik. Siyahıda göstərilən bütün VPN tətbiqləri şərti olaraq pulsuzdur. Onları pulsuz yükləmək olar. Lakin onların funksionallığı siz tətbiqə görə pul ödəcəyiniz müddətə kimi müəyyən çərçivələr daxilində çalışacaq. Lakin təqdim edilmiş həmin funksiyalar belə sizləri qane edəcək.
    SuperVPN Free VPN Client
    Bu tətbiq sadə bloklamaları keçə bilir. O Fransa, Kanada, ABŞ, Almaniya, Yaponiya və İngiltərə (Yaponiya və İngiltərə IP-ləri ödənişlidir) IP-lərini özündə birləşdirir. SuperVPN 20 gün ərzində məhdudiyyətsiz çalışır. 20 gündən sonra isə tətbiqdən istifadə etmək üçün isə hər ay $5 ödəmək lazım gələcək. Bu servisin kimə məxsus olduğu bilinmir. Buna görə də onu şəxsi məlumatlarınızın olduğu saytlar üçün tətbiq etməniz məsləhət deyil.
    TouchVPN
    TouchVPN İsveç, İngiltərə, Yaponiya, Danimarka, Fransa, ABŞ və Kanada IP-ləri vasitəsilə məhdudlaşdırılmış saytlara daxil olmağa imkan verir. Bu servis tamamilə pulsuz çalışır və gəliri reklam bildirişləri əsasında əldə edir. İstifadəçinin identifikasiyası login, şifrə və xüsusi açar ilə qorunur. VPN-ə qoşulmaq üçün istifadəçinin bir düyməyə klikləməsi kifayət edir.
    Orbot
     
     
    Orbot IP ünvanı dəyişərək trafiki bir neçə serverdən qovmaqla istifadəçinin izlərini internetdə qarışdıran Tor servisinə sahib brauzerdir. Əgər smartfon root olunubsa onda bu brauzerdə olan VPN vasitəilə istənilən tətbiqin trafikini qovmaq olar. 
    Seed4.Me
    Seed4.Me sizin ünvanınızı təqdim olunmuş 12 ölkədən birinin IP ünvanına dəyişə bilər. Tətbiqin interfeysi biraz qeyri-adidir. Belə ki, istifadəçi ölkənin virtual yerləşdiyi yeri seçib qoşulma düyməsinə klikləməlidir. Servisin təqdim etdiyi funksiyalardan bir ay müddətə məhdudiyyətsiz istifadəyə görə $5 ödəmək lazım gələcək. Lakin tətbiqin yaradıcıları çox zaman müxtəlif aksiyalar keçirdərək endirimlər edirlər.
    Betternet
    Betternet istifadəçiyə pulsuz olaraq ABŞ IP-lərini təqdim edir. İngiltərə, Yaponiya, Kanada, Niderland, Fransa, Almaniya və Sinqapur IP-ləri üçün isə ayda $5 ödəmək lazım gələcək. Tətbiqin məlumatlarında qeyd olunub ki, yaradıcılar istifadəçilərin şəxsi məlumatlarını yığmırlar. 

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər