main-post-cover

    Android və iOS tərəfindən ən çox istifadə olunan proqramlar!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Drawbridge tərəfindən yayımlanan hesabata görə 2015-ci ilin 4-cü rübündə Android və iOS platformalarında ən çox istifadə olunan proqramlar açıqlandı. Ən çox istifadə olunan proqramlar sırasında çox insanın ağlına Facebook, Twitter, WhatsApp və ya İnstagram gəlir. Amma siyahı tamamilə fərqlidir. 
    Yayımlanan hesabata görə oktyabr-dekabr dönəmini əhatə edən 4-cü rübdə Android tərəfindən ən çox istifadə olunan proqram "Clean Master” oldu. Cheetah Mobile tərəfindən yaradılan proqram bir növ antivirus tipli proqramdır. Telefonda lazımsız faylların silinməsinə və telefonun rahatlamasına dəstək verir. Cihazda lazımsız və spam faylları silməklə telefonu sürətləndirir, həmçinin pis məqsədlərlə yaradılmış proqramlara, troyanlara və viruslara qarşı telefonu qoruyur.
    1454139725_1.jpg

    iOS tərəfindən isə hər ay fərqli bir proqram zirvədə yer alıb. Oktyabr ayında "Tango”, noyabr ayında "iFunny” və dekabr ayında "Words With Friends” zirvədə yer almağı bacarıb. iOS tərəfində də Facebook, Twitter, WhatsApp və Chrome ən çox istifadə edilən 15 proqram arasındadır.
    1454139741_2.jpg


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər