main-post-cover

    Android\'də iMessage necə istifadə olunur?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     

    Apple'ın xüsusi mesajlaşma servisi olan iMessage, 3-cü bir proqram vasitəsilə Android əməliyyat sistemi üçün hazırlanıb.

    Bildiyimiz kimi Apple'ın xüsusi mesajlaşma servisi olan iMessage yalnız Apple cihazları arasında əlaqəni təmin edir. Apple'ın bu mesajlaşma servisini təbii ki, Android cihazlarına gətirmək fikiri belə yoxdur. Lakin, developerlər tərəfindən yazılan 3-cü bir proqram vasitəsilə sözügedən servisin Android cihazlarına yazılması mümkün olub.

    GitHub üzərindən yayımlanan PieMessage vasitəsilə bir neçə sazlamadan sonra Android cihazınızda iMessage istifadə edə və bu cihazlardan Apple istifadəçilərinin iMessage hesablarına mesaj göndərə bilərsininiz.

    Android əməliyyat sistemli telefonda iMessage istifadə etmək üçün sizə OS X əməliyyat sistemi yüklü bir Macbook, iMessage aktiv olan iCloud hesabı və təbii ki, Android 4.0 üzəri sistemə malik Android cihaz lazımdır. Bundan əlavə OS X cihazınızda da IntelliJ IDEA və Android Studio programlarını qurmanız lazımdır.

    Bu əməliyyatı yerinə yetirdiksən sonra OS X yüklü Mac cihazınızda aşağıdakıları edin:
    1) Mesajlar böməsini açaraq Mesajlar > Seçimlər > Hesablar daxil olub iCloud hesabınızı əlavə edin.
    2) PieMessage proyektini OS X cihazınıza klonlayın.
    3) messages.applescript faylını ana qovluğunuza daşıyın. (/Users/).
    4) JavaWebServer/ proyektini IntelliJ vasitəsilə açın. Server sinifini açın.
    5) PieOSXClient/ proyektini IntelliJ vasitəsilə açın.
    6) PieOSXClient/src/Constants.java faylında socketAddress dəyərini sizin OS X cihazınıza aid açıq IP adresi olaraq müəyyən edin.
    7) PieOSXClient sinifini işə salın.
    Bu əməliyyatlardan sonra Android cihazınızda:

    1) PieMessage-Android/ proyektini Android Studio vasitəsilə açın.
    2) socketAddress dəyərini /app/.../Constants.java vasitəsilə OS X cihazınızın açıq IP adresi olaraq dəyişdirin.
    3) APK faylını Android cihazınıza qurun ve istifadəyə başlayın.

    Əgər bu proses sizə çətin gəldisə buradakı adresdən GitHub məlumatlarını ətraflı əldə edə bilərsiniz. Aşağıdakı videodan isə proseduru izləmək mümkündür.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər