main-post-cover

    Stagefright bəlası yenidən doğdu. 250 milyon android cihazı təhlükədədir.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ötən il ortaya çıxan və Stagefright virusu adlandırılan android platformasında olan boşluq yenidən gündəmə gəlib.


    İsrail mərkəzli NorthBit şirkətinin bəyanatına əsasən keçən il qarşısının alındığı söylənilən bu virus yenidən ortaya çıxıb.
     
    Keçən il ortaya çıxan və android dünyasında şok yaradan Stagefright virusu yenidən baş qaldırıb. Əməliyyat sisteminin hacklanmasına səbəb olan bu virus keçən il google və android tərəfindən ortaqlı bir şəkildə məhv edilmiş və androiddə olan boşluq bağlanmışdı. NorthBit şirkətiisə həmin boşluğun hələ də tam bağlanmadığını və android cihazlarının təhlükədə olduğunu bəyan edib.


    Hansı versiyalarda bu boşluq mövcuddur?

    Mövzu ilə bağlı video yayımlayan şirkət saniyələr içərisində bir android cihazının necə hack olunduğunu göstərdi. Göstərilən boşluq Android 2.1 versiyasından tutmuş 5.1-ə qədər bütün platformalarda mövcuddur. Təhlükəsizlik şirkətinin test etdiyi modellər arasında Nexus 5, HTC ONE, Galaxy S5, LG G3 mövcuddur.


     
     
     

    Stagefright boşluğu necə istifadə olunur?


    NorthBit'in verdiyi məlumata görə, yeni Stagefright boşluğu 250 milyon Android cihazını təhdid altında saxlayır. Hələ ki, bu böyük boşluğu bağlamaq üçün Google heç nə etməyib. Bu səbəblə istifadəçilər tanımadığı web resurslardan istifadə edən zaman çox diqqətli olmalıdırlar.
    Stagefright boşluğu ilə telefonun ələ keçirilməsi MP4 videolar vasitəsilə həyata keçirilir. Videoyaları izləməsəz belə saniyələr içərisində telefonunuz ələ keçirilə bilər. Bu səbəblə tanımadığınız və xarici saytları ziyarət edərkən diqqətli olun.
    Linki kopyala