Angry Birds 2 - Hamımızın sevdiyi oyunun davamçısı [VIDEO]

Angry Birds 2 - Hamımızın sevdiyi oyunun davamçısı [VIDEO]

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Angry Birds oyununu yəqin ki hamımız tanıyırıq, yox? 2009`un dekabr ayında ilk dəfə İOS platformalı telefonlar üçün çıxmış, daha sonralar isə əhatə dairəsini genişləndirərək Android, Windows Phone, PC və hətta Facebook`da belə oynamağa bizə imkan verən bu oyun, ilk çıxdığı günlərdən istifadəçilərin sevimlisinə çevrilmişdi. Hətta vaxtında sırf bu oyunu oynaya bilmək üçün İphone alanlar belə var idi.


Bəs sonra nə oldu? Təbii ki, oyunun yaradıcısı Rovio şirkəti belə uğur qazanmış oyunun davamını boş buraxa bilməzdi. Orginal oyun ilk dəfə buraxılandan bu yana oyunun Angry Birds Seasons, Angry Birds Rio, Angry Birds Star Wars, Go!, Space, Transformers, Epic və s. kimi  bir neçə "qardaşı” daha düzəldilmişdir. Ancaq bu oyunların hər biri orginal oyundan dizayn və oynanış tərzi kimi amillərlə fərqlənirdi. Heç biri original oyunu təm olaraq əks etdirmirdi. Ancaq görünüşə görə, Angry Birds 2 elə məhz orginal oyunun davamçısıdır.

  

Oyun keçdiyimiz həftə Android və İOS platformasında işləyən cihazlar üçün marketə çıxmışdır (Təəssüflər, Windows Phone istifadəçiləri). Hər iki marketdəki oyunun rəylərinə fikir verdim, istifadəçilərin oyunda bəyənmədikləri bircə amil var. Əvvəlki Angry Birds oyunlarından fərqli olaraq, oyunu oynayan şəxs bir leveli (səviyyəni) istədiyi qədər yenidən oynaya bilmir. Belə ki, artıq oyunda canlar sistemi yerləşdirilib. Hər leveli oynamaq üçün bir can verməlisiniz, ancaq canlar hər yarım saatda 1 ədəd dolur. Əgər bir leveldə ilişsəniz, yaxud nəyisə səhv edib qayıdıb təzədən oynamaq istəsəniz, yenidən 1 can verməli olacaqsınız. Oyunu özüm də yükləyib oynadım, oyunun bizə təqdim etdiyi limitli sayda can ilə cəmi 10-15 dəqiqə dayanmadan oynaya bildim. Canların hamısının dolması üçün yenidən saatlarla gözləməli oldum. Təəssüf ki, canları gözləmədən doldurmağın tək yolu real pul ilə almaqdır. Artıq Rovio`nun da özünü EA`ya bənzətdiyini desək yalan demiş olmarıq.

 

Onun xaricində oyunun öz qrafikası gözəl, rənglər parlaq, musiqilər isə qulaq oxşayandır. Oyunun rəsmi treyleri, oynanış videosu və yükləmə linklərini aşağıdan əldə edə bilərsiniz.


 

 
 
 
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 6.0: Marshmallow!

Keçən həftə Androidin yeni versiyasının baş hərfinin \"M” hərfi olacağı xəbərini almı..


Yeni Huawei?

Evleaks`dan Evan Blass Twitter sosial şəbəkəsində daha bir telefonun rəsmi tanıtımından əvv..


Galaxy Note 5`in daha bir neçə şəkili yayıldı

Galaxy Note 5 haqqında söz-söhbətlər qurtarmaq bilmir. Mediaya sızan son bir-neçə şəkildə is..


Oneplus Two haqqında hər şey!

Keçən il ilk telefonu One ilə böyük bir kütləyə özünü sevdirmiş olan Oneplus şirkəti dünən ..

×