main-post-cover

    Angry Birds Blast - indi qeyd olanlar üçün 10 Dollar hədiyyəli oyun!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Mobil platformanın fenomen oyunlarından Angry Birds üçün yeni bir oyun gəlir! iOS və Android üçün çıxacaq oyunun adı Angry Birds Blast-dır.

    Rovio tərəfindən mobil oyun dünyasına qazandırılan Angry Birds üçün yepyeni bir oyun daha gəlir. Angry Birds Blast adlı oyun, seriyanın əvvəlki oyunlarından çox daha fərqli bir oyun dinamikliyinə sahibdir. Angry Birds Blast, iOS Android əməliyyat sistemləri üçün hazırlanır. Oynanış baxımından Candy Crush-ı xatırladan yeni Angry Birds oyununda, konsept dəyişsə də hədəf dəyişmir. Bu oyunda da məqsədimiz quşları azadlıqlarına qovuşdurmaq olacaq.

    Hər həftə yeni mərhələlərlə doldurulacaq olan Angry Birds Blast oyunu, 22 Dekabr tarixində bütün AppStore və Google Play Store hesablarında yüklənilməyi gözləyəcək. Oyunun istehsalçısı Rovio isə, oyuna ilkin qeydiyyatr etdirən oyunçularına 9.99 dollar dəyərində oyun üçün qızıl veriləcəyini elan etdi. Oyuna bu adresdən qeydiyyat ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər