main-post-cover

    Anonsdan iki gün qabaq Huawei Mate 9-un foto və texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Necə olunduğu bilinməsə də SuomiMobile portalı anonsundan iki gün öncə Huawei Mate 9 smartfonunu ələ keçirib.

    Qeyd edək ki, smartfonun təqdimatı 3 Noyabr tarixində baş tutacaq. Smartfon artıq mətbuat tərəfindən detallı şəkildə incələnib. Sözügedən portal smartfonun onların əlinə necə keçdiyini bildirməsə də onun fotolarını və texniki göstəriciləri haqqında məlumatları paylaşıb. Fotolardan da gördüyümüz kimi qarşımızda əsl Mate 9-dur. Belə ki, fotodakı smartfon əvvəlki şaiyələrlə tamamilə uyğundur. Məlumatlara əsasən Mate 9, 5.9 inç Full HD ekran (Pro versiya Quad HD ekranla təchiz olunacaq), bugünki günün ən güclü prosessoru HiSilicon Kirin 960, 4/6 GB RAM və modelindən asılı olaraq 256 GB-a kimi daxili yaddaş ilə təchiz olunacaq. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışacaq. Kamera və dizayna gəldkdə isə Mate 9, 20 MP arxa, 12 MP ön kameraya və metal korpusa sahib olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər