main-post-cover

    "Anonymous" hacker qruplaşması "İŞİD"i vurdu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son illərin ən məşhur və bir o qədər də təhlükəli "hacker" qruplaşması "Anonymous" növbəti dəfə "İŞİD" terror qruplaşmasına ağır zərbə endirib. "İŞİD"in internet resursunu "hack" edən qruplaşma bu dəfə OPISIS adı verilən əməliyyat çərçivəsində ilə sayta daxil olan istifadəçilərin də məlumatlarını əldə etməyi bacarıb.

    Sayta yerləşdirilən APK faylı vasitəsilə bir neçə gün ərzində sayta daxil olan istifadəçilərin də məlumatı ortaya çıxarılıb. Sayta daxil olan istifadəçilərin də "İŞİD"lə bağlılığını nəzərə alan "hacker" qruplaşması istifadəçilərin məlumatını məhz bu səbəbdən götürüb. Bir müddət əvvəl sayta zərərli fayllar yerləşdirən "Anonymous"un bu fəaliyyətindən "İŞİD", bir neçə gün sonra xəbərdar olub və bu müddət ərzində sayta daxil olan istifadəçilərin məlumatını əldə etmək mümkün olub.
     
    Üzərindən müəyyən müddət keçdiyi üçün "Google" məlumatları indeksləyib və sayta daxil olan istifadəçilərə bu barədə xəbərdarlıq edib.

     
    Əlavə olaraq qeyd edək ki, "Anonymous"un "İŞİD"i hədəf alması ilk deyil. Bu tipli hücüm hələ 2015-ci ildə baş vermişdi və saytı "hack" edən qruplaşma sayta "Viagra" reklamı yerləşdirmişdilər. 2015-ci ildə baş verən hücüm barədə məlumatı buradan əldə edə bilərsiniz.
    Linki kopyala