main-post-cover

    Anonymous\'dan Şok İddia: Silikon Vadisində İŞİD\'ə Kömək Edən Firma Var!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Terror təşkilatı olan İŞİD'ə kiber müharibə elan edən Anonymous'un ortaya atdığı son iddia teknologiya sektorunu qarışdıra bilər. Bildiyimiz kimi Fransa'nın paytaxtı Paris'də baş verən terror hadisəsini öz üzərinə götürən İŞİD'ə qarşı Anonymous qrupu "Sizi hər yerdə ifşa edəcəyik! Bizim kim olduğumuzu biləcəksiniz!" sözləri ilə müharibə elan etmiş, bundan sonra Twitter başda olmaqla bir çox İŞİD dəstəkli sosial şəbəkə, saytlarda mövcud olan insanların kimliyi ortaya çıxarılmışdı. Hətta həmin saytlara kiberhücum edilmiş, istifadəsinin qarşısı alınmışdır.

     
    Amma Anonymous tərəfindən gələn son açıqlama isə çox müzakirə olunacaq. Belə ki, qrupun dediyinə görə teknologiyanın ürəyi sayılan Kaliforniya'da olan Silikon Vadisinin içində terror qrupuna dəstək verən bir bir firma var. İŞİD'ə qarşı başladılan kiber müharibədə əsas hədəf müəyyənləşdirilən internet saytlarını dağıdan Anonymous CloudFlare adlı silikon vadisi firmasının hacker'lərin internet saytlarının dağıdılmaması üçün bütün təhlükəsizlik sistemlərini quraraq İŞİD dəstəkçi saytları qoruyur. Qrupa görə bu dəstək hətta çox professional və böyük çaplıdır.

     
    Bir çox internet saytına hücum etdiyini açıqlayan Anonymous CloudFlare tərəfindən qorunan 40 internet saytının birbaşa terrorizmlə bağlı olduğunu və bu saytlarda terror propoqandasının aparıldığını iddia edir. Bununla bağlı CloudFlare tərəfdən də cavab gəlib. Şirkətin ortağı və CEO'su olan Matt Prince'ə görə Anonymous masa başından (oturduğu yerdən) hedef göstərərək yanlış yol izləyir və bu səbəblə hacker qrupunun ortaya atdığı iddiaları əsassız sayaraq qəbul etməyib.
    Linki kopyala