

Technote.az-ın "gagadget.com" saytına istinadən verdiyi xəbərə əsasən Apple şirkətinin CEO-u Tim Cook öz rəsmi Twitter səhifəsində bildirib ki, App Store online mağazası üçün tətbiqlərin istehsalçıları artıq ümumilikdə 50 milyard dollar gəlir əldə ediblər.
Bundan əlavə olaraq iyul ayında App Store tətbiqlərin satış və onlardan gələn gəlirlərin həmin tətbiqlərin istehsalçılarına verilməsi üzrə rekorda imza atıb. Maraqlısı budur ki, online mağazada satılan hər bir tətbiqin Apple üçün olan payı 30%-dir. Qeyd edək ki, bu rekorda müəyyən dərəcədə Pokemon GO oyunu səbəb olub. 6 iyul tarixində bazara çıxarılmış Pokemon GO oyunu App Store online mağazasının tarixində ABŞ ərazisində ən çox yüklənən və ən uğurlu tətbiq hesab edilərək birinci yeri tutdu.
Facebook milyarderlərinin həyatı.
Şərh yoxdur