Apple, 2017-ci ildə 3 yeni model telefon tanıda bilər

08.05.2017 0 PAYLAŞIM 5344 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çində ortaya çıxan hesabatlara görə Apple, 3 yeni modeli üzərində işlər aparır.

Bir çoxları Apple-ın 2017-ci ildə iPhone 8 modelini tanıdacağını düşünsə də Çinin xəbər agentliklərinin verdiyi məlumata görə bu heç də belə olmayacaq. Verilən məlumatda yeni modelin 1 deyil, 3 ədəd olacağı gözlənilir. Bunlar arasında iPhone 8-in yerinə iPhone 7S, iPhone 7S Plus və Ferrari modelləri olacaq. Əslində 3-cü modelin adı tam olaraq Ferrari deyil. Bu ad şərti xarakter daşıyır. Bu modelin daha baha və ya digər modellərlə nisbətdə daha ucuz olması haqda məlumat verilmir.

 

Amma adından da göründüyü kimi yeni model heç də ucuz cihaz təəssüratı yaratmır. Hətta bu telefonun Premium model ola biləcəyi haqda fikirlər də mövcuddur.

iPhone 7S-in OLED ekrana sahib olacağı, digər model olan iPhone 7S Plus-un ondan daha böyük ekrana sahib ola biləcəyi haqda məlumat verilir. Yer alan digər məlumatda isə şərti adı Ferrari olan digər telefon cüt sim karta sahib ola bilər.

 

KGI analitiki Ming-Chi Kuo-nun sözlərinə görə Apple-ın Premium model sayıla biləcək iPhone-nu 5.1 və ya 5.2 inç Samsung mənbəli OLED ekrana sahib ola bilər.

Bu versiyaların nə qədər doğru olduğunu isə telefonlar təqdim olunduqdan sonra demək mümkündür.