main-post-cover

    Apple\'a ŞOK Məhkəmə! Apple Force Touch\'ı oğurlayıb.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung'la məhkəmədə tez-tez adı hallanan və məhkəmələr bitdikdən sonra yenidən Samsung'u məhkəməyə verən Apple, patent mövzusunda olduqca həssas olduğunu hamıya göstərib. Bununla yanaşı, 1 il ərzində Apple'ın özünə qarşı 5 ayrı patent məhkəməsi açılıb. Bunların arasına yeni biri daxil olur və kifayət qədər iddialı bir şəkildə. Kaliforniya mərkəzli Immersion adlı şirkət Apple'a qarşı yeni bir patent davası başladıb.

    Apple ilk olaraq Apple Watch'da daha sonra sırası ilə Macbook və iPhone 6s, 6s Plus'da istifadə etdiyi Force Touch texnologiyası iddialara görə Immersion adlı şirkətin patenti imiş. Budan əlavə iPhone 6s və 6s plusda istifadə olunan Taptic Engine patentidə eynilə Immersion'a məxsus ola bilər. Bütün bu mübahisə və iddiaların həllinə məhkəmədə aydınlıq gələcək.

    Xüsusilə qeyd etmək lazımdır ki, patent mövzusunda Immersion çox həssas bir şirkətdir və əvvəllər Sony, Google və Microsoft'u patent məsələlərinə görə məhkəməyə verərək qazanan tərəf olmuşdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər