"Apple", Apple Music xidməti üçün 2 yeni reklam çarxını təqdim edib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Artıq bir müddətdir ki, "Apple" yalnız elektronik cihaz deyil, həm də digər platformalarda da fəaliyyət göstərməkdədir. Belə xidmət sahələrindən biri Apple Music-dir.
Hansı ki, qısa zaman olmasına baxmayaraq "Apple" çoxdandı bu sahədə fəaliyyət göstərən şirkətlərlə rəqabət aparmağa
başlayıb. Belə ki, hər bir məhsuluna və xidmətinə xüsusi diqqətlə yanaşan şirkət, Apple Music haqqında da eyni həssaslığı göstərməkdədir. Artıq bir ənənə halına
gələn Apple tanıtım reklamları buna bir misaldır. Belə ki, şirkət Apple Music
üçün 2 yeni reklam videosunu istifadəçilərə təqdim edib. Bu dəfəki reklam
ulduzları isə Taylor Swift və Drake-dir.
Reklam nümunələrində tanınmış simaların yer
alması isə daha çox nəzərə çarpır. Belə ki, "Apple", Apple Music baxımından əlindən
gələni əsirgəməsə də amma müəyyən baxımdan "Spotify"dan geri qalır. Həmçinin
reklamda əsas diqqət çəkən məqamlardan biri musiqi siyahısının Spotify-la
müqayisədə daha zəif olmasıdır. Amma şirkətin bu platformaya xüsusi qayğısı
onun gələcəkdə daha da yüksək səviyyəyə çatmasına işarədir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!