Apple avtomobil sənayesinə qatılır

Apple avtomobil sənayesinə qatılır

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple şirkəti apple.car, apple.cars və apple.auto domenlərini qeydiyyatdan keçirdib. Domenlərin URL ünvanları hələki aktiv olmasa da şirkətin sözügedən domenləri qeydiyyatdan keçirtməsi onu göstərir ki, Apple həqiqətən avtomobil sənayesinə maraq göstərir. Bəzi məlumatlara görə Apple Titan adlı sirli proyektin hazırlanması üçün yüzlərlə işçi cəlb edib. Deyilənə görə bu proyekt çərçivəsində 2019 və yaxud 2020-ci ildə şirkət öz elektromobilini təqdim edəcək. Bu məlumatların doğruluğunu təsdiq edən digər faktlar da var. Belə ki, keçən ilin payız fəslində Tesla Motors-un təsisçisi Elon Musk bildirmişdir ki, Tesla Motors tərəfindən işindən azad edilən mühəndisləri Apple öz şirkətinə dəvət edib. O bu xəbəri belə bir cümlə ilə müşaiyət etmişdir. "Əgər Tesla-da bir şey edə bilməmisənsə onda sən Apple-a işləməyə gedirsən". Həmin xəbərdən bir həftə sonra isə Mission Motorcycles startup-nın nümayəndələri öz iflaslarını Apple-ın onların ən yaxşı mühəndislərini öz tərəfinə çəkməsi ilə əlaqələndirmişdilər. Təbii ki, şirkətin sözügedən domenləri qeydiyyatdan keçirtməsinin arxasında avtomobil deyil başqa bir texnologiya da dayana bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×