Hal hazırda Apple-da icraçı direktor vəzifəsində çalışan Tim Cook paralel olaraq Nike şirkətində yeni vəzifəyə gəlib.
Steve Jobs-un ölümündən sonra Apple-ın başına keçən Tim Cook uğurlu bir şəkildə öz vəzifəsinin öhdəsindən gəlir. Hər nə qədər bir Steve Jobs ola bilməsə də, öz üzərində düşən öhdəlikləri bir neçə ildir ki, uğurla davam etdirir. Bəs Tim Cook-un hələ 2005-ci ildən Nike-ın idarə heyyətində olduğunu bilirdinizmi?
Sakit bir şəkildə Nike idarə heyyətində yer alan Tim Cook keçən günlərdə yeni vəzifəyə gəlib. Nike-ın rəhbəri olan Phil Knight-ın təqaüdə ayrılması, idarə heyyətinin yenidən formalaşdırılmasna səbəb olub. Alınan qərarlara əsasən isə bundan sonra Tim Cook Nike firmasında lider müstəqil idarəçi olaraq işinə davam edəcək. Tim Cook 2005-ci ildən bəri firmada Təzminat Komitəsinin rəhbəri və Korporativ İdarəetmə rəhbəri vəzifələrində çalışıb.