Apple-dan 2015-ci İldə 6 yenilik

Apple-dan 2015-ci İldə 6 yenilik

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple-ın bu ilin sonuna kimi daha 2 konfrans keçirəcəyini nəzərə alaraq bu ilin sonuna kimi bizləri nələrin gözlədiyini təxmin etmək olar. Gəlin bütün məlumatları bir araya toplayaq və Apple-ın bu bizləri nələr ilə sevindirəcəyini təxmin edək:

1) iPhone 6S və 6S Plus
 
 

Şirkətin yeni flagmanı olacaq bu telefonlar ancaq daxili təchizatına görə 6 və 6 Plusdan fərqlənəcəklər. Yeni A9 prossessorları ilə təmin olunacaq flaqmanlar 2GB RAM-a malik olacaqlar. Kameranında 12mpx olacağı gözlənilir. Şailərə görə telefonlar sentyabrın 9-u təqdim olunacaq
 
2) iPad Air 3
 
 
Apple planşetlər seriyasının növbəti üzvü. Air 3-də həmçinin A9 prosessoru ilə təmin olunacaq. Həmçinin yeni qrafik çip PowerVR Series 7-də planşetin özəyində öz yerini tutacaq. Bütün bunlar planşeti Air 2-dən 60% daha sürətli işləməyə kömək edəcək
 
3) iPad Mini 4
 
 
iPad Air 2-in mini versiyası olacaq Mini 4 payızda bizlərə təqdim olunacaq. Bütün texniki göstəriciləri keçən il təqdim olunan Air 2 ilə eyni olacaq. Yeni mininin qalınlığı 6.1 mm-ə qədər kiçildiləcək
 
4) Yeni Apple TV
 
 
İlin axırına kimi Apple Apple TV nəslinin 4-cü versiyasını təqdim edəcək. Cihazın tamamilə yenilənməyi gözlənilir. 
 
5) iOS 9
 
 
iOS 9 haqqında sizlərə yetərincə məlumat vermişiik. Tək onu bildirəkki, iOS 9 yeni iPhone-larla birlikdə bu payız hər kəsin istifadəsinə veriləcək.
 
6) OS X El Capitan 
 
 
Bu payız Apple kompüter istifadəçilərinidə unutmayıb. Onlara pulsuz şəkildə təqdim olunan El Capitan özünün yeni APIsi METAL sayəsində kompüterləriniz 40% daha sürətli işləyəcək. Apple Watch-dan götürülmüş yeni San Fransisco şrifti, Split View funksiyası, re-dizayn olunmuş Safari və s. bu sistemində digərləri kimi uğurlu olacağını düşünməyə vadar edir. 

Bənzər xəbər

Appledan yeni rekord


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu günümüzə qədər olan ən yaxşı mobil telefonlar – Birinci Hissə

Gəlin birlikdə nostalji hisslər yaşayaq. İlk iPhone-nun işıq üzü görməsindən 8 il keçir. Nokia a..


Apple-dan şok açıqlama. "iPhone 6s modellərinin enerji sərfiyyatı prosessor..

Apple şirkəti yeni iPhone 6s modellərinin bəzilərinin enerji sərfiyyatında fərqlər olduğun açıqlad..


Appledan yeni rekord

25 sentyabrda satışı başlayan yeni iPhone-ların satışı barədə ilk nəticələri almışıq.Cəmi bir..


WatchOS 2 - Bütün yeniliklər

Saatlar biraz daha ağıllı oldu. Və daha simpatik.  1. Yeni siferblat - Artıq saatınızın ek..


iOS üçün Whatsapp artıq Web-də

iPhone istifadəçiləri sevinir - Whatsapp-a artıq kompüterinizdən də qoşula biləcəksiz! Dünyaca məh..


Swatch Steve Jobs-un məşhur frazasını patentləşdirdi

Məhşur saat brendi olan \"Swatch\"-un keçən ilin noyabrında patentləşdirmə bürosuna olan m..

×