Apple-dan şok açıqlama. "iPhone 6s modellərinin enerji sərfiyyatı prosessora uyğun dəyişir."

Apple-dan şok açıqlama. "iPhone 6s modellərinin enerji sərfiyyatı prosessora uyğun dəyişir."

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple şirkəti yeni iPhone 6s modellərinin bəzilərinin enerji sərfiyyatında fərqlər olduğun açıqladı. Buna səbəb kimi telefon modellərində prosessorların arasında fərqlər olduğunu göstərdi. Bəs eyni model iPhone 6s-lərdə nə üçün prosessorlar fərqlidir? Bu sualın çox müəmmalı və maraqlı cavabı var.
Hər birimizə məlumdur ki, telefon istehsalı sektorunda AppleSamsung iri şirkətlərdir və biribirinin əzəli rəqibləridirlər. Hər zaman qarşılıqlı atmacalar atmaqla fərqlənirlər.Bu şirkətlərin məhsullarının istifadəçiləri də öz növbələrində şirkətlərdən geri qalmırlar. Günümüzdə istifadəçilər arasında gedən müharibəni hər yerdə görmək olar.
Bütün bunların timsalında əldə olunan məlumatlara əsasən belə qənaətə gələ bilərik ki, məhz yeni iPhone 6s modellərinin enerji sərfiyyatında fərqlərin olması onların prosessorlarında olan müxtəlifliklə bağlıdır. Belə ki, məlumatlara əsasən iPhone 6s-in prosessorları iki fərqli firma tərəfindən istehsal olunur. Bunlardan biri Taiwan Semiconductor Manufacturing Co digəri isə məhz Samsung-dur. Bəli, SAMSUNG. İstehsal olunan bu prosessorların fəaliyyəti enerji sərfiyyatına bir başa təsir göstərir.

Mobil tətbiqetmə hazırlayan Hiraku Jira özlərinin hazırladığı bir testlə iPhone 6s modelləri arasında enerji sərfiyyatında olan fərqləri ortaya çıxardı. Hətta bu bəzi istifadəçilərdə 2 saata yaxın bir fərq ortaya qoyur. Bu və digər testlərin ortaya çıxması nəticəsində Apple yazılı açıqlama etmək məcburiyyətində qaldı. Açıqlamada bu xəbər öz təsdiqin tapdı və telefonlarda 2-3% kimi xırda fərqlərin ola biləcəyin qeyd etdi. Lakin testlər onu göstərir ki, bu fərqlər bəzən 33% kimi böyük rəqəm ola bilər.
Mənbə: engatget.com


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu günümüzə qədər olan ən yaxşı mobil telefonlar – Birinci Hissə

Gəlin birlikdə nostalji hisslər yaşayaq. İlk iPhone-nun işıq üzü görməsindən 8 il keçir. Nokia a..


Appledan yeni rekord

25 sentyabrda satışı başlayan yeni iPhone-ların satışı barədə ilk nəticələri almışıq.Cəmi bir..


WatchOS 2 - Bütün yeniliklər

Saatlar biraz daha ağıllı oldu. Və daha simpatik.  1. Yeni siferblat - Artıq saatınızın ek..


iOS üçün Whatsapp artıq Web-də

iPhone istifadəçiləri sevinir - Whatsapp-a artıq kompüterinizdən də qoşula biləcəksiz! Dünyaca məh..


Swatch Steve Jobs-un məşhur frazasını patentləşdirdi

Məhşur saat brendi olan \"Swatch\"-un keçən ilin noyabrında patentləşdirmə bürosuna olan m..


İldirim Google-un serverinə ziyan vurub

Google şirkətinin data serverinə 4 dəfə ardarda ildırım düşüb. Google-un Belçikəda yerləşən bu ..

×