Yeni gələn məlumatlar və iddialara görə "Apple"dan sonra "Samsung"un da qulaqlıq girişini ləğv edəcəyi deyilir.
"Samsung", Galaxy Note 7 partlamaları ucbatından diqqətini alternativ həllər tapmağa yönəldərkən, digər tərəfdən də yeni radikal dəyişikliklərə yelkən açmaq istəyir. "Technote.az", "Teknolojioku.com"a istinadən xəbər verir ki, yeni çıxan iddialar "Samsung"un "Apple"ın izindən gedərək qulaqlıq girişini qaldırmağa istiqamətli işlər icra etdiyini göstərir. Texnologiya nəhəngi "Samsung"un, "Apple"ın Lightning həllinə bənzər şəkildə öz ötürmə portunu inkişaf etdirdiyi və bu portun USB Type-C əsaslı olduğu da gələn iddialar arasındadır.
Bu nöqtədə "Samsung"un yeni texnologiyaları özünə uyğun şəkildə yeni məhsullarına inteqrasiya etməyə çalışdığı görülərkən, "Apple"ın bazarı istiqamətləndirmə gücünün hələ də təsirli olduğu açıq aydın görülür. Bu maraqlı mövzuyla əlaqədar yeni xəbərləri sizlərlə paylaşmağa davam edəcəyik.
Şərh yoxdur