main-post-cover

    "Apple" danışıqlar üçün öz nümayəndələrini İran-a göndərir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İran höküməti ilk dəfə olaraq yerli mobil rabitə mağazalarına iPhone-nun satılmasına icazə verməyi planlaşdırır.

    İran-ın Ticarət Nazirliyi 9 yerli şirkətə iPhone smartfonlarının idxalına icazəsi üçün ticarət yardımı təşkilatına  müraciət edib. Hal-hazırda İranda sertifikatlaşdırılmamış mobil cihazların satıldığı mağazalar mövcuddur. Technote.az-ın "Macdigger.com” saytına istinadən verdiyi xəbərə əsasən iPhone-nun idxalına icazə məsələsi qaçaqmalçılıq ilə mübarizə çərçivəsində qəbul edilib. Daha əvvəllər məlumatlar yayılmışdı ki, "Apple” İran bazarına daxil olmaq üçün bir çox səylər göstərir. Belə ki, şirkət danışıqlar layihələri qurur və İran-a, gələcək iş şərtləri barəsində danışıqlar üçün nümayəndələrini göndərir. Hal-hazırda İslam Respublikasının ərazisində ərzaq, tibbi tələbatlar və aviakomponent təchizatçılarından başqa digər amerikan şirkətlərinin əməliyyatı qadağandır. Əgər idxal məsələsinə lisenziya verilsə belə hələ aydın deyil ki, İran şirkətləri "Apple” məhsullarını rəsmi şəkildə ala biləcəklər ya yox. Belə ki, İran ABŞ-ın sanksiyaları altındadır. Həmin sanksiyalar isə beynəlxalq bank sisteminin bir hissəsini əlçatmaz edir. 
     
    Linki kopyala