main-post-cover

    Apple elə pir patent aldı ki...

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas


    Patent mövzusunda iri firmalar arasında böyük rəqabət var. Bu rəqabət bəzən firmaların çox mənasız patentləri almasına səbəb olur. Apple və Samsung kimi iri şirkətlər patentləri səbəbindən bəzi firmaları alırlar. Bunlara misal Google-un Matarollanı yaxud Apple-ın Beats Audio-nu almasını göstərmək olar.
    Keçən həftə Apple daha bir patent aldı. Alınan patent isə olduqca maraqlı idi. Şirkət telefonlara qoruma sistemi patentini əldə etdi. Bunu qalxan da adlandırmaq olar. Patentə görə Apple telefonları əldən yerə düşən zaman telefonu qorumasına alan 4 kənar uclardan plastik, silikon qalxan açılacaq və nəticədə telefonun zərər görməsinin qarşısı alınacaq. Hələ ki, layihə formasında olan bu proyekt görünür gələcək üçün çox önəmlidir və özündə bəzi problemlərin həllini gətirir.
    Linki kopyala