main-post-cover

    Apple ən köhnəlmiş cihazının istehsalatını dayandırır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple şirkəti Thunderbolt Display-i bir daha istehsal etməyəcəyini bildirib. Qeyd edək ki, 5 il bundan öncə təqdim olunmuş Thunderbolt Display Mac kompüterlərinə qoşulan xarici cihazdır. Apple bu cür xəbəri verməsinə baxmayaraq cihazın yeni modeli haqqında heç bir məlumat qeyd etməyib. 20 İyul 2011-ci ildə anons olunmuş Thunderbolt Display 2560x1440 piksel keyfiyyətli 27 inç ekrana sahibdir. Ekran Mac kompüterlərinə Thunderbolt kabeli vasitəsilə qoşulur. Beləliklə görüntünün ekranda əks olunmasından əlavə olaraq məlumatların 3 portlu USB 2.0-ə, Ethernet porta və FireWire 800-ə ötürülməsi reallaşırdı. Hələki Thunderbolt Display-i əldə etmək mümkündür. Belə ki, bir çox mağazalar anbarlarda qalmış ehtiyyat cihazları satmağa davam edir. Ekranın istehsalatdan qaldırılması Apple-nin buna oxşar lakin yeni keyfiyyətli ekranı satışa çıxarması mənasına gələ bilər. 
    Linki kopyala