main-post-cover

    John McAfee: "Teroristin iPhone şifrəsin 3 həftəyə qıraram, həm də pulsuz"

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    FBI və Apple arasında başlayan teroristin iPhone şifrəsini sındırma mübahisəsinə John McAfee də qoşuldu.

    Bir neçə gündür davam edən iPhone şifrəsinin sındırılması məsələsinə Facebbok, Google, Twitter kimi iri şirkətlərlə yanaşı bütün etdiyi hərəkətlərilə gündəmə gələn adam John McAfee də münasibətini bildirdi. FBI'ın bacarıqsız olduğunu və Apple'ın isə keyfiyyətsiz olduğunu iddia edərcəsinə danışan məşhur biznesmen, teroristin sözdə qırılmayan iPhone şifrəsini qıra biləcəklərini təklif etdi. Həm də bu prosesi 3 həftə ərzində pulsuz edə biləcəklərini dilə gətirdi.



    Bu tip mövzularda komandasına güvənən John McAfee, Apple'a dəstək verən firmalarında başqa mövqeyə və maraqlara malik olduğunu xüsusilə qeyd edib.  Xatırladaq ki, Apple'ın şifrəni qırmaqdan imtina etməsindən sonra Google, Facebook kimi iri şirkətlər Apple'a dəstək vermişdi. Donald Trump isə Apple qarşı aqressiv açıqlama edərək, Apple'ın teroristi dəstəklədiyini iddia etmişdi. Donald Trump kimi prezidentlyiə namizəd olan liberal partiyanın üzvü John McAfee də bu məsələyə münasibətini bildirmiş oldu.

    Müştərilərin diqqətini cəlb edən və reklam potensialı böyük olan bu hadisəyə digər şirkətlərin də müsbət yanaşması qəribədir. Axı, Apple, Google, Facebook, Twitter kimi şirkətlər daim kommersiya məqsədlərinə görə istifadəçi gizliliyinə önəm verməyiblər. Belə bir vəziyyətdə baş verən bu hadisə Apple'ın çox yaxşı reklamının və müştəri məmnuniyyətinin formalaşmasına səbəb olur.
    Linki kopyala