

Technote.az-ın "AssociatedPress" mənbəsinə istinadən verdiyi xəbərə əsasən Apple şirkəti Security Bounty Program-a start verir.
Bu proqram çərçivəsində Apple hacker və proqramçılara şirkətin sistemində xəta və zəif nöqtələrin aşkarlayacaqları halda onlara pul ödəyəcək. Proqram 1 sentyabr tarixindən start götürəcək. Lakin proqramda hələki istənilən hər bir şəxs iştirak edə bilməyəcək. Şirkət ilk öncə daha əvvəllər əməkdaşlıq etdiyi proqramçılar ilə çalışacaq. Gələcəkdə Apple əhatəni genişləndirməyi planlaşdırır. Tapılacaq xəta və zəif nöqtənin mürəkkəbliyindən asılı olaraq pul mükafatı $25.000-dan $200.000-ə kimi dəyişəcək. Məsələn əgər proqramçı hər-hansı bir iCloud istifadəçisinə daxil olsa $50.000 qazanacaq. Əgər proqramçı Secure Enclave Processor adlı qorunan məlumatları sındırmağı bacarsa onda $100.000 əldə edəcək. Qeyd edək ki, bu cür proqramdan təkcə Apple istifadə etmir. Belə ki, may ayında Facebook Instagram-dakı xətanı aşkarladığı üçün Finlandiyadan olan gəncə $10.000 pul mükafatı vermişdir.
Hackerlərə milyonlar qazandıran sistem
Şərh yoxdur