Apple haqqında bilmədiyiniz faktlar!

Apple haqqında bilmədiyiniz faktlar!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın ən bahalı şirkəti dünyanın ən sirli şirkəti olaraq da qalır. Apple şirkətinin uğurunu daha nələrlə müqayisə etmədilər ki?! Hətta iPhone-ların yaradılmasını yad planetlilərlə də əlaqələndirənlər olmuşdu.
 
Apple şirkəti fəaliyyətinə qarajdan başlamayıb:
Amerikalıların "qaraj şirkətləri” anlayışına böyük məna verməklərinə baxmayaraq Apple onlardan biri olmayıb. Onun yaradıcılarından biri olan Stiv Voznyak-ın keçən il bəyan etdiyinə əsasən, Apple şirkətinin qarajda yaradılması faktı yanlış xəbərdir. O Bloomberg Businessweek-ə verdiyi müsahibəsində bildirmişdi ki, qaraj komandanın ilkin olaraq fəaliyyətə başladığı bir yer deyildi. Hətta bura ilham və yeni ideyalar məkanı da deyildi. Buraya sadəcə hazır məhsul gətirilir, sınaqdan keçirilir və satılması üçün mağazaya aparılırdı.
 
1996-cı ildə Steve Jobs  elektron kommersiyanın gələcəyini proqnozlaşdırmışdı:
Steve Jobs uzaq 90-cı illərdə jurnalistlərlə internet və onun fenomenal potensialı barədə çox sayda söhbətlər aparırdı. O verdiyi müsahibələrindən birində bildirmişdi ki, internet gələcəkdə ticarətə birbaşa təsir edəcək. Bu zaman "elektron ticarət” termini hələ mövcud deyildi. O öz fikrində haqlı idi. 2014-cü ildə Cyber Monday satışları 2 milyard dollar həddini keçmiş və bununla satış tarixində rekorda imza atmışdı.
 
Apple-da Jobs muzeyi:
Əksəriyyətin bundan məlumatı olmasa da, Steve Jobs-un Apple şirkətindəki otağı dünyasını dəyişdikdən sonra toxunulmaz olaraq qalıb. Şirkətin baş-qərargahında yerləşən ofisdə onun adını əks etdirən löhvə də qapı üzərində qalmaqdadır. Otağın içərisindəki hər bir şey də, ən xırda əşyalara qədər toxunulmaz olaraq qalıb.
 
Saniyədə 39 iPhone:
iPhone 6 ilk çıxdığı günlərdə saniyədə 39 məhsul satılırdı. Bu günlər ərzində 10 milyon ədəd iPhone 6 və 6 Plus satılmışdı. Bundan əlavə, iPhone 5 satışa çıxarıldıqda bir neçə gün ərzində 5 milyon smartfon satılmışdı. 2007-ci ildə isə Apple iPhone smartfonunun satış göstəriciləri 525 000 ədə idi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×