Reklam
Apple ilə Microsoft arasındakı gizli müharibə. Kim qalib gələcək?

Apple ilə Microsoft arasındakı gizli müharibə. Kim qalib gələcək?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kompüterlərin erası artıq yavaş-yavaş sona çatır. 2007-ci ildə iPhone işıq üzü görəndə biz rahat sensor idarəli və gündəlik tələbatımızı ödəyə biləcək gücə sahib yeni cihaz əldə etdik. Bütün bu funksiyalar cib formatında idi. Yəni bu imkanları biz cibimizdə gəzdirə bilərdik. Hal-hazırda isə biz texnoloji sahədə yeni inqilabın astanasındayıq. Həmin texnoloji inqilaba Amazon Echo, Google Chromecast, Microsoft HoloLens, Oculus Rift və s. kimi layihələri gətirmək olar. Əslində onlar da kompüterlərdir. Lakin daha fərqli formatda. Yəni "kompüter” sözü artıq bizə tanış olan noutbook və ya prosessor deyil. Hər şeyin anlamı genişlənir. Hal-hazırda Microsoft və Apple üçün mürəkkəb zaman dövrüdür. Hər iki şirkət uzun illər idi ki, müxtəlif cihazlar və proqram təminatları yaradırdılar. Lakin indi onlar düşünürlər ki, dünya hansı istiqamətdə gedir və onu necə inkişaf etdirmək lazımdır.

Apple:


Çox gəlirli şirkət olan Apple Microsoft-un fonunda olan bazarın kiçik bir hissəsinə sahibdir. Smartfonlar aləmində Google-ın Android-i liderliyi saxlayaraq ildən-ilə öz inkişafını böyüdür. Bununla yanaşı Android IOS-in gələcəyi üçün böyük təhlükədir. Belə ki, müxtəlif sahələr üzrə istehsalçılar həmişə yüksək auditoriyası olan istiqamətə nəzər yetirirlər. Məlumdur ki, IOS üzərində proqramlaşdırma Android-ə nisbətdə daha çox gəlir gətirir. Gələcəkdə bunun dəyişməsini gözləmək bir qədər mənasızdır. Bununla yanaşı Apple əmin olmaq istəyir ki, onu sevən insanlar həmişə Apple markalı məhsulları seçəcəklər. Bu isə o deməkdir ki, istehsalçılar ilk öncə IOS üçün sonra isə digər platformalar üçün tətbiqlər yaradacaqlar. Apple vaxtı ikən hamı üçün rahat və sadə olan Swift adlı proqramlaşdırma dilini yaratmışdır. Apple məhz bu proqramlaşdırma dilini dəstəkləyərək gənc proqramçıların sözügedən dildən istifadəsi üçün onları həvəsləndirir. Digər sözlə desək əgər 15 yaşlı uşaq Swift-də proqramlaşdırmağı öyrənibsə deməli çox böyük ehtimal ilə 15-20 ildən sonra da o Apple-a sadiq qalacaq. Əgər Apple avtomollər və ya virtual reallıq üzrə layihələrə start versə onda Swift proqramlaşdırma dili ilə yaxından tanış olan insan yeni platforma öyrənməklə əziyyət çəkməyəcək. İstehsalatın birləşdirilməsi (Swift macOS və IOS-i dəskləyir) Apple-a tətbiqləri sürətli, keyfiyyətli və rəqiblərdən yaxşı səviyyədə yaratmağa imkan verəcək.

Microsoft:

Microsoft hal-hazırda Windows 10 sisteminin inkişafı üzərində çalışır. Həmin platformaya planşetlər, smartfonlar, kompüterlər, oyun konsolları, virtual reallıq cihazları və ev üçün nəzərdə tutulmuş ağıllı cihazlar daxildir. Bütün platformalar üçün bir proqramlaşdırma dilini inkişaf etdirmək əvəzinə Microsoft bir standarta bütün sistemi tabe edir. Yəni Microsoft bir platformadır və onun üzərində tətbiq yaratmağın bir üsulu var. Bununla belə fərq etmir ki, həmin tətbiqi hansı cihazda istifadə edəcəklər. Bundan əlavə olaraq şirkət təkfikirlə deyil. Yəni o qıraq istehsalçıları da düşünür. Məsələn Xamarin-i (tətbiq yaratmaq üçün nəzərdə tutulmuş böyük platforma) aldıqdan sonra istehsalçılar tətbiq yaratmaq və tətbiqlərin digər platformalara köçürülməsi üçün pulsuz imkanlar əldə etdilər. Məsələn tətbiqi Windows üzərində yaradandan sonra internetə yüklədin və onu IOS və Android üçün adaptasiya etdin. Microsoft istehsalçılara tətbiq yaratmaq üçün imkanlar təklif edir. Onlar hətda Windows platforması üzərində çalışmasalar belə Microsoft onlara kömək əli uzadır. Məhz buna görə istehsalçıları hər tərəfli dəstəkləməklə şirkət onsuzda uduzmur. Əksinə müsbətə çıxır. Yaxın zaman ərzində biz iki böyük texnoloji şirkətin öz strategiyasını necə inkişaf etdirdiyinin şahidi olacağıq. Məraqlısı bundadır ki, bu məsələdə hər iki şirkət uduşlu çıxır. Hər-halda hər iki şirkət heçnə itirməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×