main-post-cover

    "Apple", ilk süni zəka araşdırmasını paylaşdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple”ın süni zəka rəhbəri Russ Salakhutdinov Dekabr ayının əvvəllərində bir süni zəka tədqiqatı paylaşacaqlarını elan etmişdi. Sözünün arxasında duan "Apple”, süni zəka barədə hazırladığı ilk məqaləni paylaşdı. Xüsusilə maşın dili haqqında vacib məlumatlar verən tədqiqat, Ashis Shrivastava, Tomas Pfister, Oncel Tuzel, Josh Susskind, Wenda Wang və Russ Webb tərəfindən hazırlanıb.
    Süni zəka mövzusunda yeni bir metod haqqında işləyən "Apple”, hazırlanılan simulyasiya edilmiş + yoxlanılmamış öyrənmə ilə birlikdə, süni zəka alqoritminin görmək və tanımaq istedadlarını inkişaf etdirməyi hədəfləyir. Süni zəka öyrənimi üçün real şəkillər istifadə etməyən "Apple”, uğurlu bir tədris müddəti üçün sintetik şəkillər və videolar istifadə edilməsinin daha doğru olduğunu müdafiə edir.

    Hazırlanan sintetik şəkillərə həm etiketlər həm də əlavə açıqlamalar əlavə edildiyi üçün süni zəkanın öyrənmə müddəti ciddi mənada sürətlənir, lakin bu sistemin zəif tərəfləri də var. Süni Zəka alqoritminin sintetik şəkillərlə öyrəndikləri hər zaman üçün real dünya ssenariləri ilə üst-üstə düşmür.
    Hər zaman üçün kifayət qədər real ola bilməyən sintetik şəkillər, alqoritmin sadəcə sintetik şəkilləri öyrənə bilməsinə və real şəkilləri kifayət qədər yaxşı öyrənə bilməməsinə səbəb olur. Bu problem ortadan qaldırmağı düşünən "Apple”, yeni üsulu simulyasiya edilmiş şəkillərlə birlikdə sintetik şəkillərin reallığını artırmağı hədəfləyir.
    Daha real nəticələr əldə etmək üçün Generative Adversarial Networks adında modifikasiya edilmiş köhnə bir texnika istifadə edən "Apple”eyni anda iki neyron şəbəkəni idarə edərək sistemini inkişaf etdirəcək. Neyron şəbəkələri bir-birlərinə qarşı istifadə edərək daha real problemlər yaratmağı hədəfləyən "Apple” tədqiqatında şəbəkələrdən birinin simulyasiya edilmiş şəkillərin reallığını artırmaq üçün özünü inkişaf etdirəcəyi və rəqibi səviyyəsində olan digər neyron şəbəkəni aldatmağa çalışacağı bildirilir.
    Apple tərəfindən aparılan bu tədqiqat, süni zəka mövzusunda edilən nə ilk nə də son tədqiqat olacaq. Gələcəyin ən vacib texnologiyalarından biri olmaq yolunda olan süni zəka mövzusunda Google, Facebook və Microsoft kimi texnologiya sektorunun irəlidə gələn şirkətlərinin də çalışdığını bildirək.
    Linki kopyala