main-post-cover

    Apple-ın başı bəladadır! Bu dəfə iPhone 6 Plus modeli partlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir müddətdir partlama xəbərləri ilə gündəmi zəbt edən Galaxy Note 7 bu dəfə öz yerini iPhone modellərinə verib

    Bazara çıxdıqdan sonra çoxlu sayda partlama xəbəri ilə gündəmə damğa vuran Galaxy Note 7-ni bu dəfə iPhone 6 Plus modeli əvəz edib. Xatırladaq ki, bu iPhone modellərinin ilk partlama xəbəri deyil. Bundan əvvəl iPhone 7 Plus modeli çatdırılma zamanı yolda partlamışdı. Bu dəfə isə bir şagirdin arxa cibində iPhone 6 Plus modeli partlaması ilə gündəmə gəlib.

    Telefon sahibi olan şagird əvvəlcə hadisəni tam anlaya bilməsə də sonradan arxa cibində istiliyi hiss edib və cihaz partladıqdan sonra telefonu çıxarmağa nail ola bilib. Rebekka Bukbaynder adlı şagird əvvəlcə bir səs eşitdiklərini və alovlanan telefonu gördükdən sonra vəziyyəti anlaya bildiklərini bildirib.
    Telefonun partlamasına səbəb cihazın qüsurlu olması və ya şagirdin onun üzərində oturduğu üçün qızıb partlamasına yol açdığı bildirilir. Bundan əvvəl də litium batareyalarının bükülmə və s. təması zamanı qızaraq partlaması halları yaşanıb.
    iPhone 6 Plus modelinin şagirdin cibində partlamasına "Apple" hələ ki, heç bir açıqlama verməsə də müştərilərin təhlükəsizliyinin hər zaman vacib bir xarakter daşıdığını bildirən şirkət vəziyyəti araşdırdıqlarını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər