Apple-ın əlindən məhsulunun ad qeydiyyatını alan Türk Təşəbbüskar!

Apple-ın əlindən məhsulunun ad qeydiyyatını alan Türk Təşəbbüskar!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Marka dəyəri məzmununda dünyanın zirvəsində olan texnologiya nəhəngi Apple, əhəmiyyətli bir marka qeydiyyatını Türk sahibkara uduzmuş vəziyyətdədir.

Apple-ın ağıllı saatı Apple Watch rəsmi olaraq təqim olunmadan əvvəl adı iWatch olaraq gözlənilirdi. Hər nə qədər Apple, ağıllı saatı üçün "Apple Watch” adını istifadə etməyi uyğun görsə də, iWatch adını qeydiyata salmaq məqsədində idi. Ancaq qarşısında, məşhur saat istehsalçı firmaSwatch var. Ad bənzərliyi səbəbiylə iWatch markasının ləğvini istəyən Swatch, Apple ilə bir çox ölkədə bənzər işlər ilə qarşı-qarşıya gəlir. Lakin indi bu iki nəhəng şirkət, bir araya gələrək Türk sahibkara qarşı birlik oldular.

Apple, 2013-ci ildə Türk Patent İnstitutuna ”iWatch" adının qeydiyyatı üçün müraciət etmişdi. Lakin bu müraciət, qısa bir müddət sonra, "bənzər bir markanının qeydiyyatının mövcud olması” səbəbi ilə təxirə salınmışdı. Bu markanın rəsmi qeydiyyat adı Ahmet İhsan Aktunaya aiddir.



2008-ci ildə Matriks Ram Xarici Ticarət şirkəti ilə iWatch markasını, 2009-cu ildə isə Arıkan İdxal Saat Sənaye və Xarici Ticarət şirkəti"i_watch” adını ayrı-ayrı qeydiyyat etdirib. Daha sonra isə Matriks RAM-ın köhnə sahibi olan Ahmed İhsan Aktuna, Sentyabr 2009-cu ildə qeydiyyat etdirdiyi markanı öz üzərinə keçirib.

Bu səbəb görə Apple, iWatch markası üçün qeydiyyat ala bilmir. Swatch cəbhəsi isə, Apple-a qarşı mövqeyini, Aktuna-ya qarşı da göstərərək ad bənzərliyi səbəbi ilə marka ləğvini istəyir.

iWatch markası üçün Aprel 2008-ci ildə müraciət edən və sentyabr 2009-cu ildə rəsmi olaraq qeydiyyat etdirən Ahmed İhsan Aktuna, Apple-ın Türkiyə vəkillərinin bir müddət əvvəl özü ilə təmasa keçdiklərini ifadə edib. Vəkillər ilə görüşən Aktuna, ad qeydiyyatını Apple-a satması mövzusunda hər hansı bir rəqəm tələffüz etmədiyini bildirib. Aktuna-nın mövzu ilə bağlı şərhləri belədir:

"Mənim daha əvvəl ortaq olduğum bir şirkət var idi daha sonra bu şirkəti bağladıq. Şirkəti bağlayanda markanı öz üzərimə keçirtdim . Apple, bu marka məndə olduğu müddət ərzində "iwatch” adı ilə Türkiyədə məhsul sata bilməz. Beləki, Apple CEO-su Tim Cook-un bir müddət əvvəl etdiyi bir şərh var idi . Bu saatların 3D versiyasını qarşımızdakı dövrdə bazara çıxarılacağını bildirmişdı. Dediyim kimi, marka-nın, həm istehsal, həm satış haqqı məndədir. Mənim ağlımdan keçən rəqəm isə 5 milyon dollardır.


Türk sahibkara qarşı iki nəhəng şirkətin etdiyi bu mübarizənin nəticəsi nə olacaq görəcəyik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×