main-post-cover

    Apple-ın ortağı ABŞ-da iPhone istehsalına rədd cavabı verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple-ın iş ortağı Trumpın təklifinə rədd cavabı verdi. Apple istehsal prosesini hələ ki, Amerikada davam etdirməyəcək.

    Apple-ın iş ortaqlarından olan Pegatron, iPhone istehsalını Amerikaya daşımaq fikrinə qarşı çıxıb. Onlar Amerikada buna görə araşdırma etmək məsələsinə rədd cavabı veriblər.
    Xatırladaq ki, Amerikanın yeni prezidenti Donald Trump, Apple-ın CEO-su Tim Cook-la əlaqə saxlamış və ona iPhone istehsalını Amerikaya daşımağı, bunun müqabilində isə onlara vergidə güzəştlər edəcəyini bildirmişdi. Tim Cook isə mövzu ilə bağlı konkret cavab verməmiş və bu məsələni dəyərləndirəcəklərini bildirmişdi.
    Bunun üçün Apple, ortağı olduğu Pegatrondan məsələnin araşdırılımasını istəsə də qarşı tərəf buna qarşı çıxdı.
     
    Bir çox iqtisadçılar mövzu ilə bağlı öz münasibətini bildirərkən Apple-a yerli istehsalın sərf etmədiyini, bunun yerinə maddi baxımdan Foxconnla əməkdaşlığın daha uyğun olduğunu bildirmişdilər. Apple hələ ki, mövzu ilə bağlı açıqlama verməsə də iş ortağının bu işə qarşı çıxması yerli istehsalı bir qədər qəlizləşdirir.
    Yerli istehsalın ölkə iqtisadiyyatına müsbət təsiri olsa da bunu Apple-ın öz gəlirləri və xərcləri haqda demək olmaz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər