main-post-cover

    Apple, iOS 10.3 Beta 2-ni paylaşdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple, iOS 10-un üçüncü böyük ara yenilənməsi olan iOS 10.3 üçün ikinci beta versiyasını paylaşdı. Bəs, iOS 10.3 Beta 2 nə kimi yeniliklər ilə birlikdə gəlir?

    Son vaxtlarda iOS əməliyyat sistemi üçün yenilənmələri çox daha qısa aralıqlar ilə paylaşmağa başlayan Apple, iOS 10.3 versiyası üçün test müddətini keçdiyimiz günlərdə başlatmışdı.
    Apple, aradan keçən təxmini iki həftəlik bir müddətin ardından, iOS 10.3 beta 2 versiyasını paylaşmışdı.

    iOS 10.3 Beta 2 nələr təklif edir?

    730,5 MB həcmində olan iOS 10.3 Beta 2 yenilənməsiilə bir əvvəlki beta versiyasında tapılan səhvlər düzəldilərkən, daha stabil əməliyyat sistemi təcrübəsi üçün yaxşılaşdırmalar edilib.

    Naqilsiz AirPods qulaqlıqlar itdiyində asanlıqla tapmağınız üçün Find My Airpods xüsusiyyətini istifadəçilərə təqdim edəcək olan iOS 10.3, Xəritə tətbiqinə qazandırılan 3D Touch xüsusiyyəti ilə hava vəziyyəti məlumatını xəritədən görməyinizə şərait yaradacaq.

    iOS 10.2-də meydana gələn səhvlərin düzəldildiyi və sistem performansında əlavələrin edildiyi iOS 10.3, yenilənən mail tətbiqi ilə yaşanan donma problemlərini ortadan qaldıracaq.

    iOS 10.3 Beta 2 necə yüklənilir?

    Developerlər üçün paylaşılan iOS 10.3 Beta 2 yenilənməsini yükləyə bilməyiniz üçün, cihazınızın UDID qeydiyyatının olması lazımdır.
    Apple-ın developer proqramına qeydiyyat olmusunuzsa, birbaşa Tənzimləmələr>Ümumi>Proqram Təminatı Yenilənməsi bölməsindən iOS 10.3 Beta 2-ni yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər