iOS 8.4-ün işıq üzü görməsindən bir ay sonra Apple bir neçə xırda düzəlişlər edərək özünün əməliyyat sistemini yenilədi. Gəlin yeniliklərlə qısaca tanış olaq:
- iCloud-un aktiv edilməsinə əngəl yaradan bir neçə xırda səhv aradan qaldırılıb
- Apple Music-dən yüklədiyiniz mahnıları offline şəkildə qulaq asmağı əngəlləyən səhv aradan qaldırılıb.
- Yeni albomun müxtəlif cihazlarda örtük şəklini müxtəlif cür göstərən səhv düzəldilib
- Connect-də artistlərin paylaşımlarına maneə törədən səhvin qarşısı alınıb
- Beats1 radiosunda mahnıları bəyənmək düyməsi artıq öz funksiyasını doğru icra edir.
Şərh yoxdur