main-post-cover

    Apple, iPad Air 3’ü “iPad Pro” olaraq adlandıra bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple, iPhone 5se ilə birlikdə tanıdacağı yeni 9.7 düyüm tablet modelini iPad Air 3 olaraq adlandırmaya bilər.

    Məhsul adlarında nisbətən mühüm dəyişikliklər etməyi sevən Apple, 9to5Mac saytının xəbərinə görə 9.7 düym ekranlı yeni tabletini iPad Pro olaraq adlandıra bilər. Beləliklə, Macbook modelləri kimi iPad Pro ailəsi də 9.7 düym və 12.9 düym olmaqıa iki versiyadan ibarət olacaq.
    Kiçik iPad Pro’nun dizayn olara böyük versiya ilə demək olar ki, eyni olacağı iddia olunur. Cihaz gücünü A9X prosessordan alacaq və 4 ədəd dinamika ilə yüksək səs performansı təqdim edəcək. Smart Connector bağlantısı üzərindən klaviatura birləşdirilə bilinəcəyi söylənən 9.7 düym iPad Pro, eyni zamanda stylus qələm Apple Pencil’ə də dəstək verəcək.
    Cihazın 15 Mart tarixində rəsmiləşməsi gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər