
İki nəhəngin mübarizəsi iPhone 6S ilə Galaxy S7 qarşı-qarşıya ( Araşdırma )
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bu ilin ən böyük qarşıdrumalarından biri
də iPhone 6S ilə Samsung Galaxy S7 smartfonları arasında oldu. Mobil telefonlar
bazarında bu iki böyük şirkətin flaqman smartfonlarını qarşılaşdırmaq həmişə
maraqlı olub. Nəzərə alsaq ki, Galaxy S7 modelinin uğurlu startı olub, iPhone
7-nin anonsuna kimi iki smartfon arasında böyük rəqabət gedəcək. İndi isəiPhone 6S ilə Galaxy S7-ni qarşılaşdıraraq baxaq görək hansı smartfon daha
yaxşıdır.
Dizayn:
Samsung Galaxy S7 ilə iPhone 6S tamamilə
fərqli-fərqli smartfonlardır. Galaxy S7 5.1 düym formalı smartfondursa iPhone
6s 4.7 düymdür. Ölçü baxımından fərqlənsələr də onlar demək olar ki, eyni çəkiyə
malikdirlər. Galaxy S7 152 qr, iPhone 6s isə 143 qr-dır. Galaxy S7 ön və
arxa tərəfdən Gorilla Glass şüşəsi ilə örtülüb və keçən ilki model kimi
standart rənglərdə satışa buraxılır. Ön hissədə barmaq izi skaneri yerləşir.
Apple bu texnologiyanı işlətməklə çoxdan güvən qazandığı üçün insanlar
Samsung-dan onun texnologiyaları ilə birlikdə daha qeyri-adi bir yenilik gözləyirlər.
Təbii ki, Galaxy S6 modelində barmaq izi skaneri üzrə heç bir problem
yaşamırdıq. Lakin iPhone 6s-in Touch ID texnologiyası daha yaxşı qiymətləndirilir.
Hər iki smartfonda bu xüsusiyyət smartfonun ön hissəsində yerləşir. Son vaxtlar
isə tendensiyaya əsasən digər smartfon istehsalçıları barmaq izi skanerini
smartfonların arxa hissəsinə yerləşdirirlər. 4.7 düymlü iPhone 6s 5.1 düymlü
Galaxy S7-nin yanında daha kiçik görünür. Galaxy S6 isə incəliyinə görə həm
Galaxy S6-a həmdəki iPhone 6s-ə uduzur. Belə ki, onun qalınlığı 7.7 mm-dir. iPhone-nun
ən böyük mənfi cəhətlərindən biri də microSD xüsusiyyətinin olmamasıdır. Bu
baxımdan o Galaxy S7-ə uduzur. Belə ki, alıcı onun cibinə uyğun olan Galaxy S7
modelini əldə edərək istənilən vaxt microSD xüsusiyyətinin köməyi ilə
smartfonun yaddaşını artıra bilər. Apple-da isə belə deyil. iPhone almaq istəyən
şəxs ona təqdim olunmuş variantlardan birini seçərək onunla uyğunlaşmalıdır.
Maraqlı göstəricilərdən biri də odur ki, Galaxy S7 hidroizolyasiya və IP68
reytinqli tozdan qorunma xüsusiyyətinə sahibdir. Su tərəfindən olan təhlükəyə gəldikdə
isə Galaxy S7-ni 1.5 m dərinlikdə 30 dəqiqə ərzində saxlamaq mümkündür. iPhone
6s üçün isə bu cür hallar çox kritikdir.

Ekran:
Ekran xüsusiyyətində Samsung son illər ərzində
öz SuperAMOLED panelləri ilə liderliyini qoruyur. Lakin bu o demək deyil ki,
iPhone modellərinin IPS panelləri keyfiyyətsizdir. Məsələn iPhone 6s modelinin
1334x750 piksel keyfiyyətli 4.7 düymlü Retina ekranı çox keyfiyyətlidir. Rənglərin
dolğunluğuna isə söz ola bilməz. Buna baxmayaraq Galaxy S7-nin 2560x1440 piksel
keyfiyyətli 5.1 düymlü SuperAMOLED ekranını arxada qoymaq çətin məsələdir. iPhone 6S-də nəzərə çarpan əsas yenilik 3D Touch texologiyasıdır. Beləliklə artıq
ekran nəinki ondan istifadəni həmdə siz ekrana barmağınızla nə dərəcədə bərk
toxunduğunuzu hiss edir. Məsələn bəzi tətbiqetmələrin xüsusi funksiyalarına
daxil olmaq üçün siz həmin tətbiqetmənin işarəsinə daha bərk toxuna bilərsiniz.
Bu cür maraqlı funksiyaya öyrəşəndən sonra ondan istifadə etməmək
qeyri-mümkündür. Güman olunurdu ki, 3D Touch texnologiyası Galaxsy S7
smartfonunda da olacaq. Lakin görünür Samsung bu fikirdən əl çəkib. Galaxy S7
isə "Always On Display” funksiyası ilə seçilir.

Performans:
İlk öncə onu qeyd edək ki, SamsungGalaxy S7 Android 6.0 (Marshmallow), iPhone 6S isə IOS 9 əməliyyat sistemi üzərində
çalışır. 4 GB-lıq RAM-a sahib Galaxy S7
2 GB-lıq RAM-ı olan iPhone 6s-i geridə qoya bilər. Lakin burda iPhone öz sözünü
A9 çipi ilə deyir. Əslində 2 GB-lıq RAM iPhone 6s üçün tamamilə bəs edir. Belə
ki, mühəndislər RAM-ı çox sərfəli şəkildə istifadə edən sistem yaratmaqla işlərinin
öhdəsindən mükəmməl şəkildə gəliblər. A9 çipi smartfona yüksək keyfiyyətli
performans imkanı yaradaraq hər bir alıcının könlünü oxşayır. Bundan əlavə
olaraq Apple məhsulunda əlavə olaraq MP9 hərəkət prosessoru yerləşdirilmişdir.
Galaxy S7 isə öz istehsalı olan 4 nüvəli Snapdragon 820 və yaxud 8 nüvəli
Exynos prosessoru ilə təchiz olunur. Bu seçim məhsulun satıldığı regiona görə dəyişir.
Hər-halda sizə istər Snapdragon istərsə də Exynos prosessorlu Galaxy S7-nin
düşməyi fərq etmir. Hər iki halda performans baxımından Galaxy S7 indi Android
smartfonlar arasında ən performanslı cihaz hesab edilir və hətda iPhone 6s-i geridə
qoyur.

Kamera:
Hər bir smartfonun ən vacib özəlliklərindən
biri də onun arxa və ön kameralarıdır. iPhone 6S sürətli avtofokus funksiyalı
12 MP-lik arxa kamera və 5 MP-lik ön kameraya sahibdir. Təcrübələr onu göstərir
ki, iPhone 6s smartfon bazarında ən yaxşı keyfiyyətli foto çəkmək qabiliyyətinə
sahib cihazlardan biridir. Bundan əlavə olaraq Apple iPhone 6s-ə Live Photo
funksiyasını əlavə edib. Bu funksiyanın köməyi ilə istifadəçilər 1.5 saniyəlik
canlı fotolar çəkə bilərlər. Lakin bu cür ikinci dərəcəli funksiyaların yerinə
Apple öz cihazındakı kameranı daha da keyfiyyətli etsəydi pis olmazdı. Hər-halda
Samsung cihazı üçün Live Photo kimi funksiyalar əlavə tətbiqetmələrin köməyi ilə
də əlavə oluna bilər. Samsung şirkəti isə Galaxy S6-dan fərqli olaraq bu dəfə
meqapikseli azaldıb. Galaxy S7 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz
olunub. Galaxy S7-nin arxa kamerası BRITECELL işıqlandırıcısı və Dual Pixel
funksiyasını özündə birləşdirir. Məhz buna görə elə görünür ki, fotolar sanki
12 MP-lik kamera ilə deyil 24 MP-lik kamera ilə çəkilib. Meqapikselin aşağı
olmasına baxmayaraq Galaxy S7-də hər bir piksel fotonun yaxşı keyfiyyətdə
alınması üçün daha çox işıq tutur. Beləliklə yaxşı işıqlandırılmamış mühitdə
Galaxy S7 ilə çəkilmiş fotolar keyfiyyətli alınır. Bundan əlavə olaraq Galaxy
S7-nin avtofokusu iPhone 6s-ə nisbətən daha tez reaksiya verir. Nəticə etibarı
ilə Galaxy S7-nin kamerası öz rəqibini qabaqlayır.

Batareya:
Hər bir smartfon alıcısının fikir
verdiyi əsas xüsusiyyətlərdən biri də cihazın enerji tutumudur. Galaxy S7 3000
mAh, iPhone 6S isə 1715 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy
S7-nin göstəricisi böyük olsa da iPhone 6s enerji tələbatı baxımından Samsung
flaqmanını üstələyir. Belə ki, təcrübələr onu göstərir ki, iPhone 6s avtonom
rejimdə 8 saaatdan bir qədər çox, Galaxy S7 isə 6 saatdan bir qədər çox
çalışır. Baxmayaraq ki, Galaxy S7 –də 3000 mAh enerji tutumlu batareya var onun
ekranın 5.1 düym SuperAMOLED olması enerji tələbatını bir xeyli yüksəldir. 4.7
düym Retina ekranı isə iPhone 6s-i enerji tutumu baxımından Galaxsy S7-dən
üstün edir. Lakin buna baxmayaraq Galaxy S7 bir xüsusiyyətə görə yene də
Apple-ı qabaqlayıb. Məsələ burasındadır ki, Galaxy S7 enerjini tam olaraq 78-99
dəqiqəyə yığdığı halda iPhone 6s 150 dəqiqəyə yığır. Təbii ki, burda Galaxy
S7-nin Quick Charge 3.0 funksiyasını qeyd etmək lazımdır. Məhz buna görə
smartfon bu cür tez enerji yığa bilir. Həmçinin Samsung-un qeyd etdiyinə əsasən
10 dəqiqəlik enerji yığımı 4 saatlıq telefon danışıqlarına kifayət edir.

Apple və Samsung istifadəçiləri
bir-birilərindən tamamilə fərqlənirlər. iPhone 6s-i almağı planlaşdıran şəxs əsasən
Apple-a bir brend kimi güvənir. Galaxy S7 alıcısı üçün isə ən vacib olan
smartfonun göstəriciləridir. Hər-halda hər iki model öz seriyasının flaqman
smartfonlarıdır. Samsung ildən ilə öz flaqman seriyasını inkişaf etdirir. Apple
isə öz sadə və lakonik standartı ilə seçilir. Hansı smartfonu seçməyinizdən
asılı olmayaraq siz yeni texnologiyaların yaratdıqları yeni imkanlara sahib
olacaqsınız.
Qiymətə gəldikdə isə, Samsung Galaxy S7 - 575$, iPhone 6S isə 657$ -dır. Sözü gedən smartfonları From.ae vasitəsilə dərhal sifariş edib, rahatlıqla əldə edə bilərsiniz.
Qiymətə gəldikdə isə, Samsung Galaxy S7 - 575$, iPhone 6S isə 657$ -dır. Sözü gedən smartfonları From.ae vasitəsilə dərhal sifariş edib, rahatlıqla əldə edə bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri

