7
Sentyabrda təqdim olunan iPhone 7 modelləri, eyni zamanda ilk dəfə bir
iPhone-da suya qarşı dayanıqlılıq təklif edir. Ancaq iPhone 7 modelləri suya
qarşı qarantiyalı deyil!
Yeni
nəsil iPhone-ları təqdim edən "Apple”, iPhone 7 modellərində bir çox ilkə də
yer verdi. Bunlardan biri olan suya qarşı dayanıqlılıq mövzusunda isə "Apple”
gözləniləni verməyə bilər.
iPhone
7 suya qarşı qarantiyalı deyil!
Günümüzdə
bir çox müasir smartfon modelində gördüyümüz suya qarşı dayanıqlılıq, nəhayət
iPhone modellərinə də gəldi. IP 67 Sertifikatına sahib olan iPhone modelləri,
suya, sıçramaya və toza qarşı dayanaqlılıq təklif etsə də "Apple” bu barədə
qarantiya vermir.
Edilən
açıqlamada yeni nəsil iPhone modellərininnin 60529 saylı IEC standartı çərçivəsində,
IP67 sertifikatını əldə etdiyi bildirilərkən, "Suya, sıçramalara və toza
dayanıqlılıq qalıcı deyil və normal istifadə müddətində azala bilər.” açıqlaması
gəldi.

"Yaş
bir iPhone-u enerji ilə təmin etməyə çalışmaq qadağandır” deyə xəbərdarlıq edən "Apple”, təmizləmə
və qurulama üsulları üçün istifadə kitabçasını oxumağı məsləhət gördü. Əlavə
olaraq, "Apple” etdiyi açıqlamada "Su təmasına bağlı zərərlər qarantiya çərçivəsində
deyil.” ifadəsinə də yer verdi.
Bu
günə qədər müştəri məmnuniyyəti mövzusunda ən yaxşı firmalardan biri olan "Apple”,
belə riskli bir mövzuda olduqca ciddi bir formada açıqlama edib və telefonun su
ilə təmasına qarşı qarantiyalı olmadığını ilk başdan bildirib.
Son
olaraq, haqqında danışdığımız su keçirməzlik xüsusiyyətinin suya düşməyə ya da
yağış altında və s. istifadə etmək üçün olduğunu qeyd edərək su ilə təmas
mövzusunda yenə də həssas davranmalı olduğunuzu bildirək.
Şərh yoxdur