main-post-cover

    "Apple", iPhone oğrularına qarşı savaş açdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple”, oğruların qorxulu yuxusu halına gələcək patent üzərində işlərə başlayıb. "Apple”ın, iCloud açar zənciri, iPhone-mu tap və s. kimi tətbiqlər telefonun olduğu yer haqda daha tez məlumat almağa imkan yaradırdı. Amma iPhone-mu tap tətbiqinin istifadəsi zamanı telefonun yararsız hala düşməsi də çox rast gəlinən hallar arasında idi.
    İndi isə "Apple”, mövzu ilə əlaqəli daha əlverişli metodlar üzərində işlər aparır.

    Daha əvvəllər Android platformasında istifadə olunurdu!

    "Apple”ın, öncəki versiyalarında səhv şifrə daxil edildikdə ön kamera açılaraq, şəkil çəkmə funksiyası aktivləşirdi. İndi isə ediləcək yeniliklə, video çəkiminə başlanılacaq. Eyni zamanda müdaxilə olunan ərazinin koordinatları, saat və məkandakı səslər qeyd olunaraq "Apple”a yönləndiriləcək.
    Mövzu ilə əlaqəli detallar təhlükəsizlik səbəbiylə tam olaraq açıqlanmır. Oğrunun kliklədiyi hər düymə qeyd olunacaq. Ancaq edilən yenilikdə istifadəçinin özünün kliklədiyi düymələrin də öz yaddaşında saxlayacağı məlumat bazası olacağı deyilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər