main-post-cover

    "Apple" işi gücü atdı, indi də çanta patenti aldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya nəhəngi "Apple”ın yeni patenti bir iPhone ilə deyil, məhsulları daşımağımıza yarayan çanta ilə bağlıdır.

    Yeni ağıllı telefonları iPhone 7 və iPhone 7 Plus-ı təqdim edən "Apple”ın patent sahəsində gələcəyə yönəlik məhsulları üçün müxtəlif addımlar atması gözlənilərkən, şirkət gözlənilməyən yeni bir patent aldı.
    Belə ki, yeni bir telefon ya da kompüter hazırlamaq üçün işləyən "Apple”, eyni zamanda ekoloji təmiz və güclü yeni bir çanta patenti aldı. Əslində mağazalarda əlavə ödəniş ödənərək paket məqsədi ilə istifadə ediləcəyi düşünülən "Apple”ın patentini aldığı çanta, xüsusilə 60%-i təkrar istehsal maddələrdən hazırlandığı üçün təbiət dostu olması ilə diqqət çəkir.

    Hər mövzuda ekologiyaya diqqət yetirən "Apple”ın təqdir toplayan yeni patenti hələki dəqiq bir layihə olaraq qarşımıza çıxmayıb. Ancaq patenti əsas götürərək deyə bilərik ki, üstün texnologiyaya ehtiyyac olmadan hazırlanacaq bir çanta olduğu üçün "Apple”ın yeni təbiət dostu məhsulu yaxında həyatımıza girə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər