Texnologiya nəhəngi Apple, bir neçə aydır ki, FBI tərəfindən tələb edilən qərar və buna qarşı göstərdiyi duruş ilə gündəmdədir.
San Bernardino adlı məsələdə yer alan bir iPhone’un açılmasını və üstü qapalı da olsa iOS sisteminə bir arxa qapı buraxılmasını istəyən məhkəmə, bir çox önəmli texnologiya nəhənglərindən də böyük reaksiya alır.
Məhkəmənin necə nəticələnəcəyi bilinmir, amma Apple işçiləri hər hansı bir vəziyyətə görə indidən öz fikirlərini söyləməyə başlayıblar. Gələn məlumatlara görə "uzun illərdir təhlükəsiz hala gətirməyə çalışdığıçız iOS əməliyyat sistemini qırmaq yerinə, istefa edərik" tipli fikirlər söyləyən Apple’ın bir çox idarəçi və mühəndisləri haqlı olaraq bu prosesdə istəmədikləri addımı atmaq istəmirlər və ən pisini düşünərək plan qururlar.
Bu məsələnin nə ilə bitəcəyini və Apple’ın nə edəcəyini hamı maraqla izləyir.
Şərh yoxdur