Əgər əlinizə bir neçə kağız götürüb, başınıza papaq taxıb və getdiyiniz yerdə ora aidmişsiniz kimi davransanız, sizin oradan olmadığınızı heç kim başa düşməz. Apple mağazasını soyan 2 oğru da məhz bu prinsipdən istifadə edib.
Apple Store işçiləri kimi geyinən oğrular, hədəf aldıqları Apple Store\'a heç nə olmadan giriblər və heç kimin nəzarət etmədiyi vaxtda 19 ədəd iPhone(16130 dollar dəyərində) götürüb "aradan çıxıblar". Vəziyyəti sonradan anlayan və polisə şikayət edən Apple işçiləri, cinayətkarlarə tanımadıqlarını, amma paltarlarına görə onlara diqqət yetirmədiklərini dedilər.
Eynilə bu tip bir soyğun Mart ayında da yaşanmışdı. Upper West Side\'da olan Apple Store, Apple işçisi kimi geyinərək mağazanı soyan insanların iki dəfə hədəfinə çevrildi. Ümumi olaraq 50.000 dollar dəyərində 67 ədəd iPhone oğurlayan şəxslərin bu cinayətlə də əlaqəsi ola biləcəyi düşünülür.
Şərh yoxdur