main-post-cover

    Apple istifadəçilərini qəzəbləndirəcək xəbər. Şirkət, iPhone 8-də vacib özəllikdən imtina edə bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son məlumatlara əsasən "Apple” şirkəti, iPhone 8-də Lightning girişindən imtina edəcək.

    Onun, USB Type-C ilə əvəz olunacağı güman olunur. Yalnız "Apple” məhsullarında olan Lightning girişin, USB Type-C ilə əvəz edilməsi qərarı təəccüblü hesab edilə bilər. Qeyd etmək lazımdır ki, şirkət artıq iPhone 7-də standart 3.5 mm-lik audiogirişdən imtina etmişdir. Onun əvəzinə şarj etmə və musiqi dinləməni, Lightning girişi vasitəsilə reallaşdırmaq olurdu. Nəticədə bir çoxları bu məsələ ilə bağlı şikayət edirdilər. İstifadəçilər əsasən qeyd edirdilər ki, cihaz şarj olunan zaman musiqi dinləmək mümkün deyil. Təbii ki, naqilsiz qulaqlıq istifadə edənlər bu şikayətlərdən uzaq idilər. USB Type-C ilə eyni hadisə baş verə bilər. Bir çox mütəxəssislərin fikrincə naqilsiz texnologiyalar, gələcyin əsas xüsusiyyətlərindən biridir və ona artıq bu gündən keçid etmək lazımdır. Lakin buna baxmayaraq keyfiyyətli Bluetooth qulaqlıqlar heçdə ucuz qiymətə satılmırlar.
    Linki kopyala