"Apple" korporativ sektorda hansı nailiyyətləri qazanıb və qazanmaq da davam edir?

"Apple" korporativ sektorda hansı nailiyyətləri qazanıb və qazanmaq da davam edir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir neçə onilliklər ərzində korporativ sektoru kompüterlərlə təchiz edən şirkət "IBM” idi. Onun yerini almağı heç kim düşünmürdü. Korporativ sektoru mobil telefonlarla təchiz edən şirkət isə "BlackBerry” idi. Zaman keçdi və korporativ sektorda "Apple” "BlackBerry”-ni əvəz etdi. Tez-tez internetdə müxtəlif təşkilatların, dövlət orqanlarının və böyük şirkətlərin "Apple” cihazlarına keçdikləri barəsində statistikalar yayılır. Lakin şirkət bu uğuru ilə yetinməyərək korporativ sektoru kompüter sahəsindədə fəth etməyə başladı. Günümüzdə hətda "IBM” kimi veteran şirkət "Apple”-ın korporativ sektoru öz cihazları ilə təmin etməsini çox böyük qiymətləndirir. Bu gün bir çox təşkilatlar (milyardlıq şirkətlərdən tutmuş aviaşirkətlərə qədər) ənənəvi kompüterlərin yerinə iPhone və iPad cihazlarının istifadəsinə keçid edirlər. "Forrester” analitika şirkətinin hesbalamalarına görə korporativ sektor üzrə iPad-lərin satışı şirkətin istehsal etdiyi bütün planşetlərin yarısını təşkil edir. "Forrester” mütəxəssisi Frenk Cillet qeyd edib ki, "Apple” özünü korporativ bazarda istehlak seqmentindən daha qətiyyətli hiss edir. "Apple” məhsullarının təhlükəsizliyinin yüksək səviyyəsi nəticəsində korporativ bazar təkcə şirkətin cihazlarından deyil həmdə proqram təminatından da istifadə edir.


2016-cı maliyyə ilinin 3-cü rüb nəticələrini açıqlayan zaman Tim Kuk bildirmişdi ki, bu ilin sentyabr ayında bitəcək fiskal il üzrə gəlir 25 milyard dollar təşkil edəcək. Bu hələ şirkətlər və digər böyük müştərilərə təqdim olunmuş xidmətlərin nəticəsidir. Maliyyə hesabatının məlumatlarına əsasən bu göstərici "Apple”-ın müştərək gəlirinin 11%-dir. Şirkətin böyük müştərilərindən biri də "British Airways”-dir. "British Airways”-in əməkdaşları şirkətin iPad cihazları ilə işləmə rejiminə keçməsindən sonra iş prosesinin necə dəyişməsi haqqında danışıblar. Hal-hazırda şirkət, təyyarələri təchiz etmək üçün 17.000 iPad alıb. Və bu göstərici artacaq. Təyyarə pilotlarından birinin sözlərinə görə əvvəllər o özü ilə təlimatların, vacib yazıların və sənədlərin olduğu iri çantalar gəzdirirdi. İndi isə lazım olan hər şey iPad-də mövcuddur. Planşet təyyarə sisteminə qoşularaq vacib göstəricilərə nəzarət etməyə imkan yaradır. Pilotlardan başqa xidmət personalı da planşetlərlə təmin olunub. Sərnişinlər və reyslər haqqında ətraflı məlumatların həmişə əl altında olması üçün plaşetlərə Passenger İnformation List tətbiqi quraşdırılıb.

Korporativ mühitdə öz mövqeyini möhkəmləndirmək üçün "Apple” uzun illər ərzində digər şirkətlər üçün məhsul biznesində çalışan şirkətlər ilə əməkdaşlıq edir. Məsələn "IBM” iOS üçün proqram təminatı yaratmağa başlayıb. İki il ərzində şirkət "Apple”-ın mobil platforması üçün nəzərdə tutulmuş 100 ədəd biznes tətbiq yaratmışdır. "Amica Mutual Insurance” şirkəti "IBM”-in tətbiqindən istifadə edərək məlumatların, fotoların, ərizə yazılarının və istifadəçi fayllarının iPad-lərə yığılması ilə məşqul olur. Şirkətin təmsilcisi Adam Kosticki-nin qeyd etdiyinə görə gələcəkdə şirkət tamamilə iPad istifadəsinə keçməyi düşünür. Korporativ sektora "Apple” üçün qapıları açan daha bir əməkdaş isə "Cisco Systems” şirkətidir. Korporativ şəbəkələrin idarə olunması üzrə fəaliyyət göstərən şirkət "Apple” üçün mobil telefonları əsas iş cihazlarına çevirən proqram təminatı yaradır. Bir neçə ay bundan öncə "Apple” alman şirkəti "SAP” ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Sözügedən şirkət korporativ sektor üçün proqram təminatlarının hazırlanması üzrə fəaliyyət göstərir. "SAP”-ın məsullarından bütün dünya üzrə külli miqdarda şirkət istifadə edir. Proqram təminatı sahəsində çalışan bu cür böyük şirkət ilə əməkdaşlıq "Apple” üçün korporativ sektorda böyük imkanlar yaradacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×