main-post-cover

    "Apple", "McLaren"i satın alır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Aldığımız məlumatlara görə "Apple" ilə McLaren arasında bir razılaşma ərəfəsi başlayıb. "Apple", "McLaren"i satın alaraq avtomobil sektorunda qaydaları yenidən yazmaq istəyirmiş kimi görünür.

    Sektorlarında nəhəng iki şirkət olan "Apple" və "McLaren", bir satın alma üçün gizlicə masaya oturmuş ola bilərlər. Bəs bir texnologiya şirkəti, bir avtomobil istehsal şirkətini niyə satın alsın ki?
    Əslində bu sualın cavabı olduqca açıqdır. "Apple"ın bir neçə ildir bir avtomobil layihəsi içərisində olduğunu bilirik. Rəsmi olaraq qəbul edilməsə də, edilən satın almalar və investisiyalardan bu qənaətə gəlməyimiz olduqca asandır. 
    "Technote.az"ın, "TechCrunch"a istinadən verdiyi xəbərə görə "Apple", öz ağıllı avtomobil layihəsi üçün "McLaren"i satın almaq məqsədli görüşlərə artıq başlayıb. "McLaren"in alt şirkətlərindən biri olan "McLaren Texnologiya Qrupu"nu satın almaq istədiyi iddia edilən "Apple", sektordan daha böyük bir paya gözünü dikmiş vəziyyətdədir. "Apple", öz mühəndisləri ilə "McLaren" mühəndislərinin təcrübə və fikirlərindən yararlanaraq sürücüsüz avtomobil mövzusunda sektorda çevriliş etmək istəyənə bənzəyir.
    "Apple"ın bu satın almanı reallaşdırdığı təqdirdə avtomobil sektoruna qazandıracaqlarını irəlidəki bir neçə il içərisində görməyimiz mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər