

Apple şirkəti Jay Z-ə məxsus Tidal adlı musiqi axını servisinin alınması barəsində musiqiçi ilə danışıqlara başlayıb. Məlumata əsasən şirkət ilk öncə musiqi axınlarına eksklüziv hüquqların əldə olunmasında maraqlıdır. Jay Z-dən əlavə olaraq Tidal-da Kanye Wets, Beyonce, Chris Martin və Jack White kimi musiqiçilər pay sahibləridir. Məsələn Tidal son ayların ən məşhur musiqi albomlarını (Beyonce-un "Lemonade”, Kanye West-in "The Life of Pablo”) özündə birləşdirir. Kanye West-in qeyd olunmuş yeni albomunu yalnız Tidal üzərindən yükləmək mümkün idi. Beləliklə servisdə yeni istifadəçilərin qeydiyyat səviyyəsi və IOS platforması üçün servis tətbiqinin yüklənmə sayı artmışdır. Bundan əlavə olaraq Tidal yeganə servisdir ki, bir neçə müddət bundan qabaq vəfat etmiş məşhur müğənni Prince-in bütün musiqi kataloquna sahibdir. Məlumata əsasən Prince musiqi axını servislərindən uzaq dururdu. Lakin Jay Z ilə o yaxından dostluq etdiyi üçün onun musiqiləri Tidal-da öz yerini tapmışdır. Qeyd etmək lazımdır ki, Apple-dan başqa Tidal-ı digər şirkətlər də almaq istəyir. Bu şirkətlərə misal olaraq Google, Samsung və Spotify-ni gətirmək olar. Jay Z 1 il bundan öncə Tidal-ı Aspiro adlı şirkətdən 56 milyon dollara almışdır. Böyük olmayan pay hissələri ilə Jay Z digər musiqiçilərlə də bölüşmüşdü. Tidal-ın ödənişli istifadəçilər bazası 4 milyon insana yaxındır. Apple-ın Tidal üçün hansı məbləği təklif etdiyi məlum deyil. Şirkətin özündə isə bu məsələ tamamilə inkar edilir.
Şərh yoxdur