main-post-cover

    Apple Music gələcək üçün nə planlayır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple”ın, Apple Music tətbiqini inkişaf etdirmək və genişləndirmək üçün "Cash Money Records” adlı şirkətlə anlaşdığı haqda iddialar səslənir. "Apple”, Apple Music-ı inkişaf etdirmək üçün bir çox variantlar üzərində iş aparır. Səslənən iddialardan birinə əsasən "Apple”, bu işdə "Cash Money Record”la tərəfdaşlıq etmək istəyini bildirib. Music Businness World Wide-ın məlumatına görə Vayn (Wayne), Drake (Dreyk), Nicki Minaj (Niki Minaj) kimi sənətçilərlə çalışan "Cash Money Record"ın bu işdə ən yaxşı tərəfdaş ola biləcəyi deyilir.
    Xatırladaq ki, keçən il "Apple” kanadalı sənətçi Drake ilə 19 milyon dollar olduğu iddia edilən müqavilə imzalamış və bundan sonra ilk iki həftə ərzində yalnız "Apple” istifadəçilərinin dinləyəcəyi musiqi albomu musiqi sevərlərə təqdim olunmuşdu. "Apple”ın, "Cash Money Records”la birgə təkcə musiqi və etiket deyil, həm də video formatlı işlərdə birgə çalışacaqlarını bildirilir. Amma hələ ki, bununla əlaqədar "Apple” heç bir açıqlama etməyib.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər