main-post-cover

    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    2015-ci ildə Apple bir neçə yeni məhsul satışa çıxartdı. Və bu məhsullarının bəzilərinin dizaynı heçdə ürək açan deyil. Technote sizlərə bu il ərzində Apple tərəfindən təqdim olunmuş 5 ən uğursuz məhsul dizaynı ilə tanış edəcək
     
    1. Magic Mouse 2-in Lightning çıxışı
     
    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı
     
    Magic Mouse 2 daxili akkumlyator ilə işləyir. Baxmayaraqki çox qısa müddətdə o enerji yığır (9 saat işləməsi üçün 2 dəqiqə enerji yığması bəs edir) onun dizaynını tənqid edən insan qalmadı. Səbəbi isə enerji yığmaq üçün lazım olan lightning çıxışının mouse-un alt tərəfində olmasıdır. Beləki mouse enerji yığan zaman ondan istifadə mümkünsüzdür. 
     
    2. iPhone 6S üçün "qozbel" case
     
    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı
     
    Dekabrın əvvəlindən Apple yeni Smart Battery Case-ləri satışa çıxartmağa başladı. O telefona əlavə enerji verməklə yanaşı bir çox fiziki zədələrdən qoruyur. Onun dizaynı isə demək olarki hər kəsi şoka saldı. Heç kim Apple-dan belə kobud dizaynda bir şey gözləmirdi. 
     
    3. iPod Pro vasitəsilə Apple Pencil-ın enerji təmini
     
    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı
     
    Pencil çox kiçik batareya ilə təchiz olunub. 15 saniyə enerji yığması onun yarım saat işləməsinə bəs edər. Lakin bu enerji yığımı qəribə formada həyata keçirilir. Pencili iPad Pro-nun lightning çıxışına qoşmaq lazımdır. Lakin bu üsulun rahatlığına şübhəmiz var həmçinin stilusun fiziki zədə almaq ehtimalını artırır. 
     
    4. İşıqlı "alma"sız yeni MacBook
     
    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı
     
    Yeni Macbook-lar şirkətin ən nazik və yüngül notebooklarıdır. Fanatların hirsinə səbəb olan şey isə - MacBook- qapağında olan "alma" işarəsinin artıq işıq saçmaması oldu. Apple isə bunu notebookun çəkisini daha da azaltmaq üçün etdiklərini bildirdi. 
     
    5. iPad Pro üçün yeni Smart Keyboard 
     
    Apple-ın 2015-ci ildə ən uğursuz 5 məhsul dizaynı
     
    Bir çox istifadəçilər hələ də sensor klaviatura yerinə fiziki düymələri üstün tutur. Bunu nəzərə alan Apple özünün yeni iPad-ları üçün əlavə klaviaturalar hazırladı. Təəssüfki daxili işıqlanması olmadan. Beləki qaranlıq vaxtı bu klaviaturadan istifadə bir mənalı şəkildə mümkünsüz olur


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər