main-post-cover

    Apple-ın bilmədiyiniz 13 məhsulu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər yoldan keçən bir nəfərdən Apple-ın nə istehsal etdiyin soruşsaq cavab böyük ehtimal ilə iPhone/iPad bəzi hallarda isə Mac olacaq. Amma "alma" nəhəngi heçdə həmişə telefon və planşet istehsal etməyib. Bəs onun 13 ən qəribə məhsulu hansılar olub? Gəlin birlikdə tanış olaq: 
     
    Apple II üçün oyun kasetləri (1978)

    Apple-ın bilmədiyiniz 13 məhsulu

    Disketlərə qədər Apple cihazları üçün proqram təminatını kasetlər vasitəsilə ilə istifadəçilərə təqdim edirdi. Məsələn Lemonade Stand, Star Wars və Slot Machine kimi oyunları Apple məhz bu üsul ilə satışa çıxartmışdı. Çox gümanki bu sizlərdən heç kimin yadına gəlmir 
     
    Apple Printer (1979-1988)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Əgər əvvəllər texnologiya şirkəti öz printerini istehsal etmirdisə onu ciddiyə almırdılar. 1979-cu ildə Apple Silentype printerini təqdim etdi. Cihazın qiyməti o zaman 600$ idi (Hal hazırda qiyməti 2000$-a yaxındı). 1988-ci ildə şirkət printer biznesindən əl çəkdi və bir daha qayıtmadı. 
     
    MacWrite (1984-1994)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Kim deyirki kompüterdə ancaq Microsoft Word olarsa onunla işləmək olar? 1984-cü ildə Apple MacWrite-ı təqdim etdi. O ilk mətn redaktorlarından biri idi. Vaxt keçdikdə proqram MacWrite Pro, AppleWorks və hal hazırki Pages proqramına qədər inkişaf etdi.
     
    Apple Collection (1986) 
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Bəli bu doğrudur: Apple paltarda satırdı. 80-cı illərdə siz şirkətin logosu və adı ilə köynəklər, sviterlər və papaqlar əldə edə bilərdiniz. 
     
    Apple Scaner (1988-1997)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Mac üçün periferiya cihazları mövzüsunu davam etdirərək Apple 1988-cı ildə A4 skanerini təqdim etdi. Şirkət onun satışını təqribən 10 il sonra dayandırdı. 
     
    Apple Newton (1993-1998)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Apple-ın əfsanəvi Notes, Names, Dates vəs.  proqramları dəstəkləyən, stiluslu planşeti. O alıcılar arasında populyar deyildi və buna heç ehtiyacda yox idi. Newton sayəsində iPhone və iPad işıq üzü gördülər. 
     
    Apple PowerCD (1993-1996)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Phillips Şirkətinin mühəndisləri tərəfindən hazırlanmış lakin Apple loqolu musiqi playeri. CD disklərin oxunması üçün istifadə olunurdu. 
     
    Apple QuickTake Camera (1994-1997)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    İnanıb inanmamaqda sərbəstsiniz amma Apple həqiqətən fotokamera istehsal edirdi. Apple üçün QuickTake-i Kodak və Fijifilm hazırlayırdı. 1 meqabayt flash yaddaşa, 0.3 megapixel kameraya malik kamera 749$-a satılırdı. 
     
    Apple Pippin (1995-1997)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Bir dəqiqə, Apple oyun konsolu hazırlayırdı??? Bəli. Pippin Macintosh OS proqramı əsnasında hazırlanan multimedia platforması idi. Cəmi 40.000 cihaz satıldıqdan sonra satışı dayandırıldı. 
     
    Apple Flower Power iMac (2002)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Göy qurşağı rənglərini özündə əks etdirən iMac-lar satışa çıxdıqdan sonra Apple daha bir riskli addım atdı və şəkildə gördüyünüz cihazı satışa çıxartdı. Qeyd etmək lazımdırki bu alıcıları elədə maraqlandırmadı
     
    Apple eMac (2002-2006)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Yetərli alıcı kütləsi toplayan ilk iMac-lardan biri. 128MB RAM, 40GB-lıq HDD, Mac OS X Puma və daxili dinamiklər alıcılar tərəfindən rəğbətlə qarşılandı.
     
    iPod HiFi (2006-2007)
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Apple-ın iPod üçün dinamik hazırlamaq cəhdi. 349$-a təqdim olunan bu dinamik cəmi bir il satışda oldu.
     
    Qızıl EarPods
     
    Apple-ın bilmədiyiniz 13 məhsulu
     
    Jony Ive və onun dizayner dostu Marc Newson tərəfindən 750 əyarlı qızıldan hazırlanan bu qulaqcıqlar nə az nə çox düz 461000$-a auksin üzərindən satılmışdı.
     
    Bəli artıq sizdən Apple-ın başqa nələr istehsal etdiyini soruşsalar əminliklə bu suala cavab verə bilərsiniz. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər