main-post-cover

    Apple-ın gözlənilməz startapı almasında səbəb nədir?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Technote.az-ın "Engadget.com” saytına istinadən verdiyi xəbərə əsasən Apple şirkəti Turi Inc. Startapını alıb.

    Turi Inc. süni zəkanın hazırlanması ilə məşqul olan bir startapdır. Apple ənənəvi olaraq ehtiyyatlı davranaraq startapın alınma təfərrüatlarını və şərtlərini açıqlamır. Məlum olan tək şey bu müqavilənin Apple-a 200 milyon dollara başa gəlməsidir. Həmçinin tam aydın deyil ki, Apple süni zəka ilə məşqul olan Turi Inc. startapını hansı səbəbə alıb. Bir çox mütəxəssislərin fikrincə şirkət Siri ilə istifadəçi arasındakı qarşılıqlı əlaqə mühitini genişləndirməyi planlaşdırır. Bəziləri isə güman edirlər ki, bu Google, Facebook və Amazon arasındakə yarışda Apple-ın özünüsığorta planıdır. Turi startapı süni zəkanın "maşın öyrənmə” sahəsinin istifadə olunduğu servis və əməliyyat sistemlərinin yaradılması ilə məşqul olur. Müqavilənin şərtləri ilə yaxından tanış olan bəzi mənbələrin verdikləri məlumatlara əsasən Apple Turi-nin alınmasına süni zəkanın öyrənilməsində və inkişaf etdirilməsində iştirak edən, o cümlədən daim böyüməkdə olan istehsalçılar və tədqiqatçlar cəmiyyətinə giriş kimi baxır. Belə ki, Apple-dan fərqli olaraq Turi-nin kiçik qıraq istehsalçılar ilə yaxşı əlaqəsi var.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər